Baş səhifə
» İQTİSADİYYAT
» Tikinti sənayesi
» Tikinti sənayesi materialları
Tikinti sənayesi materialları![]() Tikinti sənayesinin əksər müəssisələri, xammal bolluğu və yüksək tələbatla bağlı Abşeronda cəmlənmişdir. Burada tikinti daşları, sement xammalı, şüşə və tikinti qumu, bitum, keramika xammalı və s. var. Respublikada tikinti-quraşdırma işlərinin 60%-i Abşeronun payına düşür. Qaradağ, Güzdək, Şüvəlan, Korgöz daş karxanaları, Qaradağ sement, Bakı asbestsement, dəmir-beton konstruksiya zavoddan, plastik qapı-pəncərə, müxtəlif santexnika məmulatları müəssisələri, Sumqayıt şüşə zavodu və s. əsas müəssisələrdir. ![]() Gəncə-Qazax iqtisadi rayonunda təbii tikinti materiallarının bolluğu və geniş tələbat Gəncə iri panelli evtikmə, sənaye-tikinti kombinatı, Qazax və Qovlarda dəmir-beton məmulatları, Qazax və Zəyəmdə daş karxanaları, Daşkəsən və Tovuzda tikinti kombinatlarının yaranmasına səbəb olmuşdur. Mingəçevirdə dəmir-beton məmulatları, iri panelli evtikmə, termik-izolyator istehsalı aparıcı sahədir. Qarabağda Ağdam, Xankəndi, Bərdə, Horadiz, Aşağı Kürdə Şirvan, Hacıqabul, İmişli, Bəhramtəpə və s. tikinti qovşaqları mövcuddur. Hal-hazırda Azərbaycanda tikinti məhsullarının istehsalında quru inşaat qarışıqlarının, o cümlədən, gips məhsullarının, kafel-metlax yapışdırıcılarının, özüyayılan, hidroizolyasion, istilikizolyasion, hörgü və suvaq qarışıqlarının, dekorativ suvaq qarışıqlarının, əhəngin və söndürülmüş əhəngin, dekstrinin istehsalı, boya məhsullarının, kərpic və s.-in istehsalı üstünlük təşkil edir. Azərbaycanda tikinti sənayesinin böyük bir qolunu mebel sənayesi təşkil edir. Azərbaycan mebel istehsalı mərhələlərlə inkişaf etmişdir. Ölkənin yerləşdiyi geostrateji mövqe, Avropa və Asiya qitələrinin qovuşduğu ərazidə - tarixi “İpək yolu” nun üstündə yerləşməsi, ölkəmizə böyük üstünlük verir.
|