|
Baş səhifə
» İQTİSADİYYAT
» Sığorta işi və bankçılıq
» Azərbaycanın bank sistemi
Azərbaycanın bank sistemi
Azərbaycan Respublikasının bank sisteminin fəaliyyəti “Banklar haqqında” qanunla tənzimlənir. Qanunvericiliyə əsasən ölkənin bank sistemi ikipilləlidir - Azərbaycan Respublikasının Mərkəzi Bankından və kredit təşkilatlarından ibarətdir. Əsas pilləni təmsil edən Mərkəzi Bank dövlətin mərkəzi bankıdır və onun fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, «Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında» Qanun, Mülki Məcəllə və digər normativ hüquqi aktlarla tənzimlənir. Qanunvericiliyə uyğun olaraq Mərkəzi Bank - bank fəaliyyətini lisenziyalaşdırır və tənzimləyir, qanunla müəyyən edilmiş qaydada bank fəaliyyətinə nəzarəti həyata keçirir. Bank sisteminin ikinci pilləsini kredit təşkilatları təşkil edir. Kredit təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, “Banklar haqqında” qanun, Mülki Məcəlləsi, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “Kredit İttifaqları haqqında” qanunlar və s. normativ hüquqi aktlarla tənzimlənir. Bank sektorunun inkişafı səviyyəsini cəmi aktivlərin ÜDM-ə nisbəti ilə də ölçmək olar. Ekspertlərin hesablamalarına görə, iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələrdə bank sektorunun cəmi aktivlərinin ÜDM-də payı 5%-i ötmür. Azərbaycanda bank sektorunun cəmi aktivlərinin ÜDM-də payı təxminən 32%-ə bərabərdir. 2010-cu ildə bankların aktivlərinin cəmi 13290,81 milyon manat təşkil etmişdir. Orta hesabla bir bankın aktivi 295,35 milyon manata bərabər olub. Ölkənin bank sistemində təmərküzləşmə (konsentrasiya) səviyyəsi 60,7% təşkil edir. 5 bankın (Beynəlxalq Bank, Kapital bank, Bank Standart, Xalq bank və Paşabank) aktivlərinin cəmi bütün aktivlərin 60,7%-ni təşkil edir. Ölkə üzrə bankların nizamnamə kapitalının 39,2%-i, depozitlərin 61,9%-i, kredit portfelinin 58,2%-i adıçəkilən 5 bankın payına düşür. Bank sistemində yeganə dövlət bankı olan Beynəlxalq Bankdır. Aktivlərin 41,6%-i Beynəlxalq Banka məxsusdur. Ölkə üzrə kredit portfelinin 41%-nə, depozitlərin 36%-nə bu bank nəzarət edir. Yerdə qalan 20 bankın bazar payı 5%-dən də azdır. Bu bankların aktivləri ümumilikdə 639 milyon manat, orta hesabla hər bankın aktivi isə təxminən 32 milyon manata bərabərdir. Ölkə üzrə kredit portfelinin 8,3%-i, depozitlərin 2,5%-i bu bankların payına düşür. Orta hesabla hər bir bankın kredit portfeli 38 milyon manat, depozit portfeli isə 6,9 milyon manatdır. Rəsmi məlumata görə, aprelin 1-i 2011-ci il tarixinə ölkədə 44 bank fəaliyyət göstərir. Onların 1-i dövlət, 43-i özəldir. Özəl bankların 22-si xarici kapitallıdır.
Sıra sayı
|
Banklar
|
Aktivlərin həcmi
|
Nizamnamə kapitalının həcmi
|
Depozitlərin həcmi
|
Kredit portfelinin ümumi həcmi
|
1.
|
Azərbaycan Beynəlxalq Bankı ASC
|
5527,917
|
240,000
|
1972,780
|
3760,812
|
2.
|
Kapital Bank ASC
|
781,936
|
30,000
|
291,196
|
508,341
|
3.
|
Xalq Bank ASC
|
650,790
|
72,828
|
445,871
|
494,716
|
4.
|
Bank Standard QSC KB
|
601,755
|
75,000
|
323,601
|
374,700
|
5.
|
Paşa Bank ASC
|
509,074
|
115,407
|
338,601
|
194,860
|
6.
|
Texnikabank ASC
|
506,014
|
53,685
|
255,747
|
364,335
|
7.
|
Access Bank QSC
|
373,020
|
41,800
|
91,189
|
271,821
|
8.
|
Unibank ASC
|
354,937
|
42,027
|
167,951
|
237,250
|
9.
|
Dəmirbank ASC
|
340,381
|
20,000
|
145,828
|
246,172
|
10.
|
Bank Respublika ASC
|
257,387
|
37,459
|
115,387
|
157,855
|
|
11.
|
SilkWay Bank ASC
|
250,987
|
32,190
|
11,565
|
226,135
|
12.
|
AGBank ASC
|
249,209
|
18,557
|
127,667
|
193,835
|
13.
|
Bank of Baku ASC
|
245,126
|
12,852
|
153,113
|
185,322
|
14.
|
Zamin Bank ASC
|
242,791
|
20,722
|
55,661
|
154,285
|
15.
|
AtaBank ASC
|
217,854
|
25,000
|
143,267
|
106,159
|
16.
|
Muğan Bank ASC
|
208,675
|
20,000
|
82,358
|
135,271
|
17.
|
YapıKredi Bank Azerbaijan QSC
|
206,877
|
31,611
|
63,375
|
69,692
|
18.
|
AFB Bank ASC
|
183 749 251
|
42 343 838
|
7 526 716
|
130 737 867
|
19.
|
Royal Bank ASC
|
173,734
|
22,139
|
75,485
|
125,063
|
20.
|
Bank of Azerbaijan ASC
|
146,861
|
23,500
|
66,795
|
133,916
|
21.
|
Expressbank ASC
|
135,153
|
51,000
|
74,291
|
49,371
|
22.
|
Turanbank ASC
|
131,456
|
20,000
|
44,195
|
103,966
|
23.
|
Azərbaycan Sənaye Bankı ASC
|
129,950
|
22,114
|
97,248
|
72,039
|
24.
|
Rabitəbank ASC
|
121,821
|
10,103
|
102,840
|
85,447
|
25.
|
Bank Nikoil ASC
|
178,328
|
22,500
|
65,545
|
149,804
|
|
26.
|
Parabank ASC
|
108,638
|
11,570
|
63,775
|
73,418
|
27.
|
Kredo Bank ASC
|
83,617
|
15,540
|
11,139
|
65,240
|
28.
|
Amrahbank ASC
|
78,656
|
14,387
|
43,754
|
48,026
|
29.
|
Azər-Türk Bank ASC
|
61,329
|
10,991
|
31,758
|
30,142
|
30.
|
Bank Avrasiya ASC
|
60,189
|
20,000
|
32,657
|
20,288
|
31.
|
Melli İran Bank-Bakı
|
53,519
|
14,631
|
4,380
|
9,946
|
32.
|
NBCBank ASC
|
47,829
|
16,071
|
11,987
|
42,758
|
33.
|
United Credit Bank ASC
|
44,880
|
12,108
|
16,281
|
32,660
|
34.
|
Deka Bank ASC
|
44,043
|
12,439
|
17,166
|
38,642
|
35.
|
Gəncəbank SKB
|
41,808
|
15,000
|
3,108
|
29,202
|
36.
|
Atrabank ASC
|
39,669
|
10,425
|
9,437
|
28,319
|
37.
|
Qafqaz İnkişaf Bankı ASC
|
33,514
|
10,000
|
3,151
|
28,780
|
38.
|
Günaybank ASC
|
33,028
|
13,024
|
7,663
|
27,990
|
39.
|
VTB Azerbaijan ASC
|
26,790
|
23,815
|
2,918
|
15,271
|
40.
|
BTB Bank ASC
|
24,881
|
12,239
|
m/y
|
m/y
|
41.
|
Pakistan Milli Bankı – Bakı
|
11,133
|
10,163
|
m/y
|
m/y
|
42.
|
Birlik Bank ASC
|
m/y
|
m/y
|
m/y
|
m/y
|
43.
|
Azərbaycan Kredit Bankı ASC
|
m/y
|
m/y
|
m/y
|
m/y
|
44.
|
Evrobank ASC
|
m/y
|
m/y
|
m/y
|
m/y
|
45.
|
Naxçıvanbank
ASC
|
m/y
|
m/y
|
m/y
|
m/y
|
|
|
5 ən böyük bank üzrə:
|
8071,472
|
533,235
|
3372,049
|
5333,429
|
|
Cəmi göstəricilərdə payı, %:
|
60,7
|
39,2
|
61,9
|
58,2
|
|
|
10 ən böyük bank üzrə:
|
9903,211
|
728,206
|
4148,151
|
6610,862
|
|
Cəmi göstəricilərdə payı, %:
|
74,5
|
53,6
|
76,1
|
72,1
|
|
|
25 ən böyük bank üzrə:
|
12652.15
|
1087,044
|
5340,503*
|
8443,773*
|
|
Cəmi göstəricilərdə payı
|
95,2
|
79,9
|
98*
|
92,2*
|
|
|
CƏMİ:
|
13290,810
|
1359,438
|
5448,800
|
9163,400
|
* - bu göstəriciyə AFB Bank ASC-nin göstəriciləri daxil deyil.
Oxunub: 75487
|
|
|
|