Baş səhifə    » TARİXİ GÜNLƏR    » Dekabr   

Dekabr

  


1 Dekabr
1510 - Səfəvi qoşunları ilə Şeybanilər (özbəklər) arasında Mərv döyüşü olub.
1510-cu ildə Şah İsmayılın qoşunları Mərv ətrafında Xorasan hakimi Özbək Məhəmməd Şeybaninin ordusuna qalib gəlib. 
1920 - Azərbaycanda bolşevik hökumətinin - Müvəqqəti İnqilab Komitəsinin rəhbəri Nəriman Nərimanov Ermənistan kommunistlərinə məktub göndərərək Zəngəzurun Ermənistana verilməsinə razılığını bildirib.
1940 - Teatr xadimi, dramaturq, aktyor, Azərbaycan SSR-in Əməkdar artisti Mirmahmud Mirələkbər oğlu Kazımovski (1882-1940) vəfat edib.
1940 - Nasir, publisist, tərcüməçi Rafiq İmanqulu oğlu Ağayev anadan olub.
1989 - Zəngəzurun ermənilərə verilməsinin 69-cu ildönümündə Ermənistan SSR-in Ali Soveti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar qəbul edib.
1998 - Azərbaycan Respublikası Prezidenti H. Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik Nazirliyinin Akademiyası yaradılmışdır.

2 Dekabr
1463 - Venesiya Senatında Osmanlıya qarşı mübarizədə Ağqoyunlu dövləti ilə ittifaq məsələsi müzakirə olunub.
1914-cü ildə görkəmli neftçi-alim, akademik Soltan Mehdiyev anadan olub. 
1919-cu ildə ikinci Dünya Müharibəsi qəhramanı, Azərbaycanın görkəmli dövlət xadimi Nəriman Nərimanovun oğlu Nəcəf Nərimanov anadan olub. 
1920 - Türkiyə ilə daşnak Ermənistan Respublikası arasında Aleksandropol (Gümrü) sazişi imzalanıb.
1936-cı ildə tanınmış telerejissor, əməkdar incəsənt xadimi Cahid Nəzərov anadan olub. 
2005 - Üçüncü çağırış Milli Məclisin ilk iclasında təşkilati məsələyə baxılıb.

3 Dekabr
Dekabrın 3-ü bütün dünyada Beynəlxalq Əlillər günü qeyd edilir. 
1139-cü ildə görkəmli Azərbaycan şairi Fələki Şirvani anadan olub. 
1906-cı ildə görkəmli tarixçi və şərqşünas, akademik, əməkdar elm xadimi, dövlət mükafatı laureatı Əbdülkərim Əlizadə doğulub. 
1913-cü ildə tanınmış kimyaçı, akademik, dövlət mükafatı laureatı, əməkdar elm xadimi Zülfüqar Zülfüqarov doğulub. 
1920-ci ildə tanınmış qəzəlxan-şair Ələkbər Şahid anadan olub. 
1991 - Ali Sovet Azərbaycanın müstəqilliyinin tanınması xahişi ilə BMT-yə və dünya dövlətlərinə müraciət qəbul edib.
1996 - ATƏT-in Lissabonda (Portuqaliya) keçirilən sammitində (2-3 dekabr) Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə bəyanat qəbul olunub.
2008 - Bakıda keçirilən Avropa Şurası mədəniyyət nazirlərinin «Mədəniyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır» mövzusundakı konfransda «Bakı bəyannaməsi» qəbul olunub.

4 Dekabr
1929 - Azərbaycanda dövlət əhəmiyyətli ilk qoruq - Zaqatala qoruğu yaradılıb.
1931-ci ildə tanınmış neftçi, dövlət mükafatı laureatı İsrafil Hüseynov anadan olub. 
1950 - Əməkdar elm xadimi, professor, yazıçı Kamal Abdulla (Kamal Mehdi oğlu Abdullayev) anadan olub.
1988 - Bakının Lenin (indiki Azadlıq) meydanda noyabrın 17-dən davam edən mitinqlərə ordu hissələrinin müdaxiləsi ilə son qoyulub.
1999 - Prezident Heydər Əliyev amnistiya haqqında fərman imzalayıb. Avropa Şurasının 50 illiyi münasibətilə elan edilən amnistiya aktı 11 min məhbusa şamil edildi, 4 min nəfər cəzaçəkmə yerlərindən azadlığa çıxdı.
2008 - ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Helsinkidə keçirilən illik toplantısında Azərbaycan nümayəndə heyəti «Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair prinsiplər» adlı sənəd yayıb.

5 Dekabr
1897-ci ildə Azərbaycanın xalq artisti Ağasadıq Gəraybəyli anadan olub. 
1906-ci ildə aktyor, xalq artisti Əşrəf Yusifzadə doğulub. 
1921-ci ildə görkəmli səhnə xadimi, xalq artisti Həsənağa Salayev anadan olub. 
1930-cu ildə müğənni, respublikanın əməkdar artisti Məmməd Salmanov doğulub. 
1934-cü ildə tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadə dünyaya gəlib. 
1941-ci ildə tanınmış dövlət xadimi, general-mayor Məhəmməd Əsədov Zəngilan rayonunun Baharlı kəndində anadan olub. 
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Hüseyn Cavidin xatirə günüdür. 

6 Dekabr
1846 - Rusiya çarı I Nikolay Cənubi Qafqazda bəy və ağaların hüquqları haqqında qanun (reskript) imzalayıb.
1876-ci ildə Şuşada Azərbaycanın qarmon musiqi alətində ilk ifaçılarından biri Kərbəlayı Lətif anadan olub
1881 – Azərbaycan rabitəsinin yarandığı gündür. Həmin gün Bakıda ilk telefon rabitə qurğusu istifadəyə verilib.
1911-ci ildə görkəmli Azərbaycan alimi, geoloq, akademik Ədhəm Şıxəlibəyli dünyaya gəlib.  
1993 - Milli Məclisin qərarı ilə Azərbaycanın yeni Konstitusiyasının layihəsinin hazırlanması ilə bağlı ilk işçi qrup - müvəqqəti komissiya yaradılıb.
Azərbaycan prezidentinin  2006-cı il 2 dekabr qərarı ilə ölkəmizdə telefon rabitəsi yaradılmasının 125 illiyi ilə əlaqədar dekabrın 6-sı rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı elan edilib. 

7 Dekabr
1875 - Xalq Cümhuriyyətinin qurucularından olan Fətəli xan Xoyski (1875-1920) Şəkidə anadan olub.
1918-ci il dekabrın 7-də Azərbaycan Demokratik Respublikası Parlamentinin açılışı olub. 
1918 - Bakıda məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbinin binasında (indiki AMEA-nın Əlyazmalar İnstitutu) Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti işə başlayıb.
1989 - Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti Ermənistan SSR Ali Sovetinin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərarına (1 dekabr 1989) bir həftə sonra münasibət bildirib.

8 Dekabr
1897-ci il dekabrın 8-də ilk azərbaycanlı epidemioloq, tibb elmləri doktoru, professor İsmayıl Axundovun doğum günüdür.
1901 - Azərbaycan teatrının görkəmli simalarından biri, xalq artisti Mərziyə Davudova (1901-1962) anadan olub.
1989 - Ermənistnın Azərbaycana qarşı ərazi iddiaları silahlı hücumlarla müşayiət olunmağa başlayıb. Erməni silahlı dəstələrinin Azərbaycanın sərhəd bölgələrinə intensiv basqınları baş verib.
1991 - Belarusun Brest şəhəri yaxınlığındakı «Belovejskaya Puşşa» qoruğundakı «Viskuli» hökumət iqamətgahında Rusiya, Ukrayna və Belarusun rəhbərləri Boris Yeltsin, Leonid Kravçuk və Stanislav Şuşkeviç «Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında» bəyanat imzalayıblar.

9 Dekabr
1795 - General Savelyevin başçılıq etdiyi çar Rusiyası qoşunları Dərbənd istiqamətində Azərbaycan ərazisinə soxulublar.
1854-cü ildə görkəmli maarifçi, pedaqoq, şair və publisist Məhəmməd Tağı Sidqi anadan olub. 
1920-ci ildə kinorejissor, əməkdar incəsənət xadimi Lətif Səfərov doğulub.
1991 - İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının Seneqalın paytaxtı Dakarda keçirilən zirvə toplantısında Azərbaycan Respublikası təşkilata tamhüquqlu üzv qəbul edilib.
1992 - Ermənistan silahlı qüvvələri atəşkəs barədə Soçi razılaşmasını (sentyabr) pozaraq Zəngilan rayonunun sərhəd kəndlərinə hücuma başlayıblar.

10 Dekabr
1918-ci ildə tanınmış müğənni, xalq artisti  Gülxar Həsənova doğulub. 
1922 - Cənubi Qafqazın üç sovet respublikasının nümayəndələrinin iştirakı ilə I Zaqafqaziya Sovetlər Qurultayı işə başlayıb.
1924 - Xalq şairi, dramaturq, ictimai xadim Nəbi Xəzri (1924-2007) Bakının Xırdalan kəndində anadan olub.
1991 - Dağlıq Qarabağ erməniləri «müstəqillik haqqında referendum» keçiriblər.

11 Dekabr
1870-ci ildə Şuşada görkəmli yazıçı, dramaturq və ictimai xadim Əbdürrəhim bəy Haqverdiyev doğulub. 
1920-ci ildə Gəncə Kənd Təsərrüfatı Akademiyasının əsası qoyulub.
1924-cü ildə yazıçı, şair Fətəli Sahib dünyaya gəlib. 

12 Dekabr
1727 - Rusiya ilə Səfəvi dövləti arasında Habur sülh müqaviləsi imzalanıb.
1893 - Görkəmli aktyor, rejissor Abbas Mirzə Əbdülrəsul oğlu Şərifzadə (1893 - 16.11.1938) Şamaxıda anadan olub.
1905 - İranda inqilab başlanıb.
1926-cı ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Pənah doğulub.
1933-cü ildə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi Cabir Novruz anadan olub.  
1945 - Məşrutə inqilabının ildönümündə Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında yeni inqilab qələbə çalıb.
1968 - Xalq artisti, tanınmış teatr və kino aktyoru Mustafa Həşim oğlu Mərdanov vəfat edib.
1999 - Azərbaycanda ilk bələdiyyə seçkiləri keçirilib.
2003- Azərbaycan Respublikasının sabiq prezidenti, Ümummilli lider Heydər Əliyevin ABŞ-ın Klivlend klinikasında vəfatı

13 Dekabr
1902-ci ildə böyük Azərbaycan alimi, tibb elmləri doktoru, professor Umnisə Musabəyova anadan olub. 
1910-cu ildə Sovet İttifaqı qəhrəmanı, qvardiya polkovniki Aslan Vəzirov anadan olub.
1954 – cü ildə tanınmış xanəndə Sədi Məmmədov Ağdamda doğulub. 
1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyi Pakistan tərəfindən tanınıb. 

14 Dekabr
1846 - Rusiya çarı I Nikolay Cənubi Qafqazın inzibati bölgüsündə dəyişikliklər edilməsi barədə fərman verib.
1915 - Görkəmli müğənni, SSRİ Xalq artisti Rəşid Behbudov (1915- 9.6.1989) Tiflisdə anadan olub.
1915-ci ildə dünya şöhrətli müğənni, xalq artisti Rəşid Behbudov anadan olub 
1919 - Bakıda Azərbaycan-Ermənistan konfransı işə başlayıb.
1927 - Kristalloqrafiya sahəsində məşhur alim, ədəbiyyatşünas, Azərbaycan EA-nın müxbir üzvü Xudu Məmmədov (1927-1988) Ağdamın Mərzili kəndində anadan olub.
1929-cu ildə ədəbiyyatşünas-alim və tərcüməçi Dilarə Əliyeva doğulub. 
1996-cı ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Amerika Birləşmiş Ştatlarının «Amoko», «Yunokal», Yaponiyanın «İtoçi»və Səudiyyə Ərəbistanının «Delta» şirkətləri arasında Xəzərin Azərbaycan hissəsindəki karbohidrogen yataqlarının birgə işlənməsinə dair müqavilə imzalanıb. 
2004 - Azərbaycanda bələdiyyə seçkiləri  

15 Dekabr
1055 - Sultan Toğrul bəyin başçılıq etdiyi Səlcuq qoşunları Xilafətin paytaxtı Bağdada daxil olublar.
1905-ci ildə Azərbaycan rəssamı, əməkdar incəsənət xadimi Reyhan Topçubaşova anadan olub. 
1905-ci ildə dünya şöhrətli Azərbaycan alimi, akademik Yusif Məmmədəliyev doğulub. 
1907 - Görkəmli torpaqşünas alim, akademik əməkdar elm xadimi Həsən Əliyev (1907-1993) anadan olmuşdur.
1908-ci ildə tanınmış aktyor, xalq artisti İbrahim Həmzəyev doğulub. 
1910 - Tanınmış geoloq, akademik Şəfayət Mehdiyev (1910 - 1993) anadan olub.
1912-ci ildə bəstəkar, əməkdar incəsənət xadimi, Ağabacı Rzayeva dünyaya gəlib. 
1913-cü ildə tanınmış dövlət və ictimai xadim Kamran Hüseynov Zəngəzur qəzasında anadan olub. 
1918 – ci ildə Böyük Vətən müharibəsi qəhrəmanı, əfsanəvi təyyarəçi, tarix elmləri doktoru, professor Məzahir Abbasov anadan olub. 
1994 - Prezident Heydər Əliyev İslam Konfransı Təşkilatının Kasablankada (Mərakeş) keçirilən zirvə toplantısında müsəlman ölkələrini Ermənistanın Azərbaycana hərbi təcavüzünə qarşı daha təsirli mövqe tutmağa çağırıb.
2001 - ABŞ-ın müdafiə naziri Donald Ramsfeld Cənubi Qafqaza səfəri çərçivəsində Bakıya gəlib. Bu, Pentaqonun şefinin regiona ilk səfəri idi.
2003 - Azərbaycan xalqı Heydər Əliyevlə vidalaşıb.

16 Dekabr
1898 - Xalq rəssamı, Azərbaycanın tanınmış karikatura ustası Qəzənfər Xaliqov (1898-1981) anadan olmuşdur.
1934 - Görkəmli şair və tərcüməçi Tofiq Bayram (1934-1991) anadan olub.
1934-cü ildə XX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən  biri, şair Tofiq Bayram doğulub. 
1940-cı ildə Azərbaycan musiqisinin görkəmli nümayəndəsi, bəstəkar və pianoçu, əməkdar artist Vaqif Mustafazadə anadan olub . 
1961-ci ildə Azərbaycanın Milli qəhrəmanı, jurnalist Salatın Əsgərova anadan olub. 
1991 - Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Heydər Əliyevin sədrliyi keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib.
2005 - Prezident İlham Əliyev Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin yaradılması barədə sərəncam imzalayıb.
2005 - Azərbaycan Respublikası Prezidenti İ. Əliyevin sərəncamı ilə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin bazasında Мüdаfiə Sənаyеsi Nаzirliyi  yaradılmışdır.
2006 - Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə hər il bu gün ölkəmizdə Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə  bayramı qeyd olunur. 

17 dekabr
1905-ci ildə xalq şairi Osman Sarıvəlli dünyaya gəlib. 

18 Dekabr
1905-ci ildə tanınmış yazıçı, əməkdar incəsənt xadimi Əyyub Abbasov anadan olub.
1910-cu il dekabrın 18-dən 1911-ci il martın 12-nədək Bakıda həftəlik «Arı» jurnalı nəşr edilib. 
1917 - Bolşevik Rusiyasının rəhbəri, RSFSR Xalq Komissarları Sovetinin sədri Vladimir Lenin Bakı bolşeviklərinin lideri Stepan Şaumyanı Qafqaz işləri üzrə fövqəladə komissar təyin edib.
1920-ci ildə tanınmış qəzəlxan-şair Ələkbər Şahid anadan olub. 
1928 - Görkəmli xanəndə, musiqiçi Qulu Rüstəm oğlu Əsgərov (1928 - 1989) Salyan rayonunda doğulub.
1934 - Şair-dramaturq Teyyub Qurban (Teyyub Yarməmməd oğlu Qurbanov) anadan olub.
1997 - Prezident Heydər Əliyev «1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında» fərman imzalayıb.
2008 - Bakıda Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə “Azərbaycan - Şərqin dünyaya açılan qapısı” mövzusunda iclası keçirilib.

19 Dekabr
Ümumdünya Yoxsullara Yardım günüdür.
1913-cü ildə kinodramaturq, əməkdar incəsənət xadimi Ənvər Məmmədxanlı dünyaya gəlib. 
1921-ci ildə Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, xalq rəssamı, dövlət mükafatı laureatı Mikayıl Abdullayev anadan olub. 

20 Dekabr
1854-cü ildə Şuşada həkim və ictimai xadim Əbdülkərim Mehmandarov anadan olub. 
1878-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü Mustafa Mahmudov anadan olub. 
1896-cı ildə Azərbaycanda patoloji anatomiyanın banilərindən biri, tibb elmləri doktoru, akademik, əməkdar elm xadimi, dövlət mükafatı laureatı Cəlil Hüseynov anadan olub. 
1900-cü ildə hərbi xadim, general-mayor Yaqub Quliyev Şuşada doğulub. 
1905 - Tənqidçi, ədəbiyyatşünas Atababa Musaxanlı (1905 - 1941) anadan olub.
1925 - Filosof, professor Şükufə Şamil qızı Mirzəyeva anadan olub.
1947-ci ildə tanınmış meyxana ustası Nizami Rəmzi doğulub. 
1956-cı ildə Azərbaycanın milli qəhrəmanı Riad Əhmədov dünyaya gəlib. 
1991 - Ali Sovetin Milli Şurası "Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinə münasibəti haqqında" qərar qəbul edib. 
1991 - Keçmiş SSRİ respublikalarından birinci olaraq Litva Azərbaycanın müstəqilliyini tanıyıb.
1993 - Parisdə rəsmi səfərdə olan prezident Heydər Əliyev Azərbaycanın ATƏM-in (1995-ci ilədək ATƏT belə adlanırdı) əsas sənədlərindən olan "Yeni Avropa üçün Paris Xartiyası"na qoşulması barədə sənədi imzalayıb.
1994 - ATƏT-in Budapeşt sammitinin (5-6 dekabr 1994) nəticələrinə əsasən, Vyanada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə təşkilatın Yüksək Səviyyəli Planlaşdırma Qrupu təsis olunub.
2005 - Azərbaycan Respublikası Prezidenti İ. Əliyevin fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına Heydər Əliyevin adı verilmişdir
2009 - Azadlıq prospekti metrostansiyası istifadəyə verilmişdir.

21 Dekabr
1913 - Şair, tərcüməçi Ələkbər Ziyatay (Ələkbər Həsən oğlu Cəfərov, 1913 - 1982) Gəncədə doğulub. 
1916 - Yazıçı, Əməkdar mədəniyyət işçisi Süleyman Vəliyev anadan olub.
1916-cı ildə Azərbaycan yazıçısı, əməkdar incəsənət xadimi Süleyman Vəliyev dünyaya gəlib. 
1922-ci ildə ədəbiyyatşünas və yazıçı, əməkdar elm xadimi Kamran Məmmədov anadan olmuşdur.
1923 - Görkəmli tarixçi və şərqşünas, akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov (1923-1997) Astarada anadan olub.
1923 - Məşhur müğənni, Xalq artisti Tükəzban Məhərrəm qızı İsmayılova (1923 - 2008) anadan olub.
1927 - Tanınmış heykəltəraş, ictimai xadim Ömər Eldarov anadan olub.
1991 - Qırğızıstan Respublikası Azərbaycanın müstəqilliyini tanıyıb.
1999 - Yeni Azərbaycan Partiyasının I qurultayında millət vəkili, ARDNŞ-nin 1-ci vitse-prezidenti İlham Əliyev YAP sədrinin müavini seçilib.

22 Dekabr
1900-cü ildə məşhur geoloq, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, professor Əli Əmiraslanov Qubadlıda doğulub. 
1906-cı ildə müğənni, xalq artisti Əlövsət Sadıqov dünyaya gəlib.
1911 - Görkəmli jurnalist, pedaqoq, professor Nəsir İmanquliyev (1911-1998) anadan olub. 
1918-ci ildə əfsanəvi partizan-kəşfiyyatçı, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə anadan olub. 
1919 – Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu, 5-ci hökumət kabineti parlamentdə təsdiqlənib.
1920 - Tanınmış kinodramaturq, yazıçı, rejissor Həsən Seyidbəyli (1920-1980) anadan olmuşdur.
1942 - Görkəmli hərbi xadim Həzi Aslanova birinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib.
1992 - Ali Sovetin Milli Şurası “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanun qəbul edib.
1993 - Ermənistanın işğalçı qüvvələrinin hücumlarını dəf edən Azərbaycan Milli Ordusunun hissələri Fizüli rayonunun Arazboyu yaşayış məntəqələri istiqamətində əks-hücuma keçiblər.
1994 - Azərbaycanla Honduras arasında diplomatik münasibətlər qurulub.

23 Dekabr
1911-ci ildə ədəbiyyatşünas, şair və tərcüməçi Mübariz Əlizadə doğulub. 
1913-cü ildə Azərbaycan teatrının inkişafında özünəməxsus xidmətləri olan tanınmış səhnə xadimi, əməkdar artist İmamverdi Bağırov doğulub. 
1947 - SSRİ Nazirlər Soveti «Ermənistan SSR-də yaşayan azərbaycanlıların Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında» 4083 saylı qərar qəbul edib.
1961 - Yazıçı-dramaturq Elçin Hüseynbəyli Cəbrayıl rayonunda anadan olub. Yazıçılar Birliyinin üzvü, "Ulduz" jurnalının baş redaktorudur.
1991 - İsveçrə Konfederasiyası Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıyıb.
2005 - Bakı-Aktau (Qazaxıstan) reysini yerinə yetirən AN-140 sərnişin təyyarəsi Heydər Əliyev adına beynəlxalq hava limanında havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayaraq Nardaran qəsəbəsi yaxınlığında, Xəzər sahilində yerə düşüb.
2009- Azərbaycanda bələdiyyə seçkiləri

24 Dekabr
1905-ci ildə tanınmış Azərbaycan memarı Sadıq Dadaşov doğulub.
1908-ci ildə elektrotexnika sahəsində tanınmış alim Zəki Kazımzadə anadan olub.
1920-ci ildə görkəmli Azərbaycan alimi, akademik, əməkdar elm xadimi, filosof Firudin Köçərli anadan olub. 
1939 – Tanınmış şair, Əməkdar mədəniyyət işçisi Məmməd Aslan (Məmməd Muxtar oğlu Aslanov) Kəlbəcər rayonunun Laçın kəndində anadan olub.
1961 - Azərbaycan Respublikasının prezidenti İlham Heydər oğlu Əliyev Bakı şəhərində anadan olmuşdur.
1979 - Xalq artisti, aktrisa Sona Salman qızı Hacıyeva (1907, Şəki - 1979) vəfat edib.
1993 - Prezident Heydər Əliyev ilk dəfə iştirak etdiyi MDB sammitində (Aşqabad) bəyanatla çıxış edərək Birlik ölkələrini Ermənistanın Azərbaycana qarşı təcavüzünə münasibət bildirməyə çağırıb.

25 Dekabr
833 - Babək Xürrəminin qoşunları ilə Xilafət ordusu arasında Həmədan yaxınlığında ikinci döyüş olub.
1906-cı ildə ədəbiyyatşünas və tərcüməçi Əli Sultanlı dünyaya gəlib. 
1909-cu ildə tanınmış Azərbaycan aktyoru, xalq artisti Ələsgər Şərifov anadan olub. 
1911 - Tanınmış hərbi xadim, general-mayor Teymur Bünyadov (1911-1974) anadan olub.
1922-ci ildə tənqidçi və tərcüməçi İslam İbrahimov doğulub. 
1935-ci ildə müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq yazıçısı Yusif Səmədoğlu dünyaya gəlib. 
1940 – Görkəmli tarixçi alim, akademik, Azərbaycan Milli Elmlər Akademiyası Tarix Muzeyinin direktoru, AMEA-nın vitse-prezidenti Nailə Məmmədəli qızı Vəlixanlı anadan olub.
1960 - Azərbaycanın Milli Qəhrəmanı Niyazi Şərəfxan oğlu Aslanov (1960-1992) anadan olub.
1965 - Azərbaycanın Milli Qəhrəmanı Füzuli Salah oğlu Rüstəmovun (1965 - 1990) doğum günüdür.
1991 - «Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında» fərman verilib.
1991 - 1992-1993-cü tədris ilindən başlayaraq Azərbaycanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarının test üsulu ilə keçirilməsi haqqında qərar qəbul olunub.
1991 - Ali Sovetin Milli Şurası 31 dekabrın Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qərar qəbul edib.
1991 - Vaşinqtonda ABŞ prezdienti Corc (ata) Buş SSRİ-nin müttəfiq respublikalarının müstəqilliyinin tanınması barədə bəyanat verib.
1991 - İran Azərbaycanın müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il martın 12-də quruldu.
1991 - İsrail dövləti Azərbaycanın müstəqilliyini tanıyıb. Diplomatik əlaqələr 1992-ci il aprelin 7-də quruldu.
1991 - Liviya Azərbaycanın müstəqilliyini tanıyıb. Diplomatik münasibətlər 1992-ci martın 16-da quruldu.

26 Dekabr
1802 - Şimali Qafqaz hakimləri və bəzi Azərbaycan xanları Rusiyanın himayəsinə keçmək barədə Georgiyevsk anlaşmasını imzalayıblar.
1901-ci ildə Azərbaycan sərkərdəsi, mühəndis-texniki xidmət general-mayoru Məmmədbağır Bağırov dünyaya gəlib. 
1918 – Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti Fətəli xan Xoyskinin rəhbərliyi ilə qurulan 3-cü hökumət kabinetini təsdiqləyib.
1919 - Xalq artisti, görkəmli rəqqasə Əminə Dilbazi (1919) anadan olub.
1991 - Xankəndi (Stepanakert) şəhərindən sonuncu azərbaycanlı ailələr qovulub.
1991 - Kuba Azərbaycanın müstəqilliyini tanıyıb. İki ölkənin diplomatik əlaqələri 1992-ci il martın 27-də quruldu.
1991 - Avstraliya Azərbaycanın müstəqilliyini tanıyıb. Diplomatik münasibətlər 1992-ci iyunun 19-da quruldu.
2001 - Azərbaycanda kommunal, nəqliyyat və digər güzəştlərin müavinətlərlə əvəz olunması barədə fərman verilib.

27 Dekabr
927 - Azərbaycan Sacilər dövlətinin (indiki Cənubi Azərbaycan ərazisində) başçısı Yusif Sacoğlunun qoşunları ilə Xilafət (ərəb) ordusu arasında Kufə şəhəri yaxınlığında növbəti döyüş olub.
1805 - Qarabağ və Şəki xanlıqlarını ələ keçirəndən (may 1805) sonra Şirvan xanlığı üzərinə yürüşə başlayan rus qoşunları Şamaxı şəhərinə daxil olublar.
1805-ci ildə Şəki və Talış xanlıqlarından sonra Şirvan torpağı da Rusiyaya ilhaq edilib. 19-cu əsrin əvvəllərində Azərbaycan torpaqlarının Rusiyanın tərkibinə daxil edilməsi prosesi mərhələ-mərhələ həyata keçirilib. 
1921-ci ildə görkəmli zooloq-alim, akademik, əməkdar elm xadimi Musa Musayev anadan olub. 
1932-ci ildə tanınmış bəstəkar, xalq artisti Oqtay Kazımov anadan olub. 
1932 - SSRİ-də məcburi pasport sistemi və yaşayış yeri üzrə qeydiyyat rejiminə keçid elan edilib.
1991 - Kamboca Azərbaycanın Respublikasının dövlət müstəqilliyini tanıyıb.

28 Dekabr
1894-cü ildə Azərbaycan səhnəsinin müqtədir sənətkarlarından biri, xalq artisti Mustafa Mərdanov dünyaya gəlib. 
1918-ci il dekabrın 28-də Fətəli Xan Xoyskinin rəhbərlik etdiyi 3-cü hökumət kabinetinin təşkili başa çatıb. 
1941-ci ildə tanınmış şair, publisist Şahmar Əkbərzadə doğulub. 

29 Dekabr
1921 - Xalq yazıçısı, görkəmli ədəbiyyatşünas alim və publisist Əzizə Cəfərzadə (1921-2003) anadan olub.
1946-cı ildə tanınmış şair Nüsrət Kəsəmənli anadan olub.
1991 - Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına münasibətlə bağlı referendum keçirilib.
1998 - Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Milli Məclisi tərəfindən təsdiq edilərək qüvvəyə minib.
1999 - Azərbaycan Respublikası Dövlət Neft Fondunun Əsasnaməsi prezident Heydər Əliyev tərəfindən təsdiq olunub.
2000 - Prezident Heydər Əliyev 2001-ci il, XXI əsr və III minilliyin başlaması münasibətilə Azərbaycan xalqına müraciət edib.
2006 - Prezident İlham Əliyev Bakı şəhərində Heydər Əliyev Mərkəzinin yaradılması haqqında sərəncam imzalayıb.
2006 - Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası yaradılıb.

30 Dekabr
1904 - Bakıda fəhlələrin ümumi tətilinin neft sənayeçiləri ilə fəhlələr arasında «Mazut konstitusiyası» adı ilə düşən “müştərək müqavilə”nin imzalanması ilə nəticələnib.
1906 - İran hökmdarı Müzəffərəddin şah Konstitusiyanın qüvvəyə minməsi barədə fərman verib.
1909-cu ildə əczaçılıq elmləri doktoru professor İsrafil Dəmirov anadan olub. 
1915-ci ildə kimyaçı-alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Bilal Dadaşov anadan olub. 
1922 - Moskvada I Ümumittifaq Sovetlər qurultayında Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) yaradıldığı elan edilib.
1926-cı ildə tanınmış müğənni, xalq artisti Əbülfət Əliyev doğulub. 
1930-cu ildə görkəmli riyaziyyatçı alim, akademik Fəraməz Maqsudov anadan olub. 
1950-ci ildə tanınmış iqtisadçı alim və ictimai xadim, professor Sofiq Hüseynov anadan olub. 
1989 - Gəncə şəhərinin tarixi adı yenidən bərpa edilib. 
1991 - Səudiyyə Ərəbistanı Krallığı Azərbaycanın müstəqilliyini tanıyıb.
1991- Banqladeş Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb.
1991- Finlandiya Azərbaycanın dövlət müstəqilliyini tanıyıb.
1991- Livan Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb.

31 Dekabr
31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik günüdür. 
1812 - Rusiya-İran müharibəsi (1804-1813) gedişində Şimali Azərbaycan torpaqlarında işğalçılıq yürüşünü davam etdirən rus qoşunları Talış (Lənkəran) xanlığının mərkəzi olan Lənkəran qalasını ələ keçiriblər.
1903 - Azərbaycan kinosunun ilk rejissorlarından olan Mikayıl Mikayılov (1903-1986) anadan olub.
1905 - Görkəmli alim, akademik, ictimai xadim Yusif Məmmədəliyev (1905-1961) anadan olmuşdur.
1910 - Dramaturq, nasir Əbil Məmməd oğlu Yusifov (Əbil Yusif, 1910-1984) anadan olub.
1920 - Şair Zeynal Cabbarzadənin (Zeynal Əliabbas oğlu Cabbarov, 1920-1977) doğum günüdür.
1925 - Ədəbiyyatşünas, publisist, professor Sadiq Cəfər oğlu Şükürov anadan olub.
1927-ci ildə tanınmış alim, Elmlər Akademiyasının müxbir üzvü, dövlət mükafatı laureatı Əsgər Abdullayev dünyaya gəlib.
1928-ci ildə tanınmış rejissor Rauf Kazımovski anadan olub. 
1933 - Ədəbiyyatşünas, tənqidçi Abbas Səmədov anadan olub.
1934 - Böyük yazıçı-dramaturq Cəfər Cabbarlı (1899, Xızı-1934, Bakı) Cəfər Cabbarlı vəfat edib.
1935 - Ədəbiyyatşünas, mətnşünas Ofelya Əşrəf qızı Bayramovanın doğum günüdür.
1989 - Naxçıvan Muxtar Respublikasında minlərlə insan SSRİ-İran (Azərbaycan-İran) sərhədində aksiya keçirərək sərhəd dirəklərini sökməyə başlayıb.
1989 - İstanbulda dünya azərbaycanlılarının ilk konqresi işə başlayıb.
1991 - Danimarka Azərbaycanın dövlət müstəqilliyini tanıyıb.
1991 - İspaniya Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb.



Oxunub: 71424



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on