Baş səhifə    » İNCƏSƏNƏT    » Mədəniyyət qurumları    » Filarmoniyalar   

Filarmoniyalar

  



Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası (ADF)
M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası 1936-cı il mayın 25-də yaradılıb və 1937-ci ildə Müslüm Maqomayevin adı verilib. 7 kollektiv fəaliyyət göstərir: Azərbaycan Dövlət Simfonik Orkestri (ADSO), Azərbaycan Dövlət Xor Kapellası (ADXK), Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri (ADKO), Azərbaycan Dövlət Fortepiano Triosu (ADFT), Azərbaycan Dövlət Simli Kvarteti (ADSK), F.Əmirov adına əməkdar kollektiv, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı (ADMRA) (bu kollektivin nəzdində fəaliyyət gostərən Azərbaycan Dövlət Xalq Calğı Alətləri orkestri) .
Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küçəsi 2 
Telefon: (+994 12) 497-36-09

Uşaq Dövlət Filarmoniyası (UDF)
Uşaq Dövlət Filarmoniyası (UDF) 1991-ci ildə yaradılıb. Burada “Aysel” Uşaq Teatrı, xalq çalğı alətləri, folklor rəqs qrupu, estrada ansamblları, uşaq simfonik orkestri, vokal, muğam, xanəndə sinifləri, bal rəqsləri və brek-dans, moda teatrı studiyaları, xor kollektivi fəaliyyət göstərir.
Ünvan: Bakı şəhəri, Bəsti Bağırova küçəsi 16 
Telefon: (+99412) 436 89 56, 436 97 82.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası (GDF)
F. Əmirov adına Gəncə Dövlət Filarmoniyası (GDF) Mədəniyyət və Turizm Nazirliyinin (MTN) tabeliyindədir.
Filarmoniyanın tərkibində “Göy-Göl” Dövlət Mahnı və Rəqs Ansamblı, Xalq Çalğı Alətləri Orkestri (XÇAO) və Dövlət Kamera Orkestri (DKO) fəaliyyət göstərir.
Ünvan: Gəncə şəhəri, Atayev küçəsi 135.
Telefon: (+994 22) 56-53-21

Naxçıvan Dövlət Filarmoniyası (NDF) 
Naxçıvan Dövlət Filarmoniyası (NDF) 1983-cü ildə yaradılıb, Naxçıvan Dövlət “Araz” Mahnı və Rəqs Ansamblının bazası əsasında fəaliyyətə başlayıb. Naxçıvan Dövlət Filarmoniyasında (NDF) xalq çalğı alətləri orkestri, kamera orkestri, mahnı və rəqs ansamblı, “Gəmiqaya” instrumental ansamblı fəaliyyət göstərir.
Ünvan: Naxçıvan şəhəri, Nizami küçəsi 19
Telefon: (+994) 136 45 68 98



Oxunub: 447281



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on