Baş səhifə
» TURİZM
» Tarixi turizm obyektləri
» Gəncə
Gəncəİmamzadə türbəsi Gəncə şəhərinin ən maraqlı memarlıq abidələrindən biri xalq arasında Göy günbəz və Göy məscid (Göy İmam) kimi tanınan İmamzadə kompleksidir. Abidənin xalq arasında bu cür adlandırılması kompleksə daxil olan binalar içərisində əsas yer tutan türbə binasının günbəzinin göy kaşı örtüyü ilə əlaqədardır. Türbənin kitabəsində yazılıb: "Odur əbədi. Bu şərəfli cənnət bağçası 120 il babasının - ona salam olsun - hicrətindən sonra vəfat etmiş imam Məhəmməd Bağırın - ona salam olsun - oğlu Mövlana İbrahimin türbəsidir".
|