Baş səhifə    » PAYTAXT    » Bakı    » Şəhidlər Xiyabanı   

Şəhidlər Xiyabanı

  

1918-ci ildə Bakı uğrunda gedən döyüşlərdə həlak olmuş azərbaycanlı və türk əsgərlərinin dəfn olunduğu yerdir. Bakının Səbail rayonunda yerləşir. 1924-cü ildə Xiyaban ləğv edilmiş və Dağüstü Park (əyləncə mərkəzi) salınmışdır. 1990-cı ildə rus hərbi qüvvələrinin Bakıda dinc əhaliyə qarşı kütləvi şəkildə törətdiyi qanlı yanvar qırğınından sonra ərazi yenidən Şəhidlər Xiyabanı adlandırılmışdır. 
Xiyabanda 20 Yanvar şəhidlərindən başqa Qarabağ savaşının şəhidləri də dəfn olunmuşdur.
Şəhidlər Xiyabanı ölkəyə gələn xarici dövlət rəsmilərinin protokol ziyarət yerlərindən biridir.



Oxunub: 425966