Baş səhifə    » PAYTAXT    » Bakı    » Yeni bulvar   

Yeni bulvar

  

Bakının yeni bulvarı Dənizkənarı Milli Parkın “Azneft” meydanından Dövlət Bayrağı Meydanına qədər hissəni təşkil edir. 2012-ci il 7 mayda açılmışdır. Yeni bulvar paytaxtın sahil boyuna xüsusi füsunkarlıq verir və ümumi sahəsi 20 hektar, uzunluğu 1,8 kilometrdir.
Yenicə tikilən ərazidə xüsusi xətt də salınmışdır ki, bu da velosiped sürənlərə maneəsiz hərəkət etmək imkanı verir. Bundan əlavə, bulvarda uzunluğu 450 metr olan estakada dənizin içərilərinə doğru daha 100 metr uzadılmışdır.




Oxunub: 524427