Baş səhifə
» PAYTAXT
» Bakı
» Paytaxt bulvarı
Paytaxt bulvarıBakı bulvarının tarixi 1909-cu ildə Bakı Şəhər Dumasında (BŞD) çıxarılan qərarla başlayır. Bulvar ideyası Dumanın mühəndisi Məmməd Həsən Hacınskiyə məxsus idi. İki il ərzində bura kənardan münbit torpaq, Azərbaycanın ayrı-ayrı bölgələrindən, hətta Avropadan müxtəlif nadir bitki nümunələri gətirilmişdir. 1950-60-cı illərdə bulvarda «Mirvari», «Bahar» kafeləri, Səməd Vurğun adına yay kinoteatrı, «Venesiya» su şəhərciyi və bir çox digər istirahət obyektləri tikilmişdir. Hazırda parkın uzunluğu 3 kilometr 750 metrdir. Sahildən Neftçilər prospektinə qədər bəzi yerlərin eni 350, bəzi yerlərin eni isə 500 metrdir. Milli Park «Azneft» meydanından – Əl Oyunları İdman Sarayının yanından başlayır və dəniz limanının yaxınlığında bitir. Milli parkın başlanğıcında Azərbaycanın dövlət bayrağı dalğalanır. 2008-ci il yanvarın 10-da Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi yaradılmışdır.
|