Baş səhifə
» PAYTAXT
» Bakı
» Heydər Əliyev Mərkəzi
Heydər Əliyev MərkəziHeydər Əliyev Mərkəzi Bakıda tikilən müasir mədəniyyət mərkəzidir. Dünya arxitekturasının nadir incilərindən olan mərkəzin quruluşunda Bakının memarlıq koloriti dəqiqliklə nəzərə alınmışdır. Memarı Böyük Britaniyadan olan dünya şöhrətli memar Zaha Hadiddir. Kompleks Heydər Əliyev prospektində yerləşir. Tikintisinə 2007-ci ildə başlanılmışdır. Memarlıq abidəsi 10 may 2012-ci ildə tikilib təhvil verilmişdir. Kompleksin ümumi mərkəzi 57 min kvadrat kilometrdir. Struktura muzey, 10.854 kvadrat metr sahəsi olan mədəni irs mərkəzi, 985 nəfərlik konfrans zalı, 27.880 kvadrat metrlik çoxfunksiyalı zal, kitabxana və 12.920 kvadrat metrlik media mərkəzi daxildir. Ümumi istifadə ediləcək sahə 6.039 kvadrat metr təşkil edir.
|