Baş səhifə
» MUSİQİ
» Azərbaycan xalq rəqsləri
Azərbaycan xalq rəqsləriAzərbaycan xalq rəqsləri mövzu baxımından rəngarəngdir; onlar bu növlərə bölünür - əmək, mərasim, məişət, qəhrəmanlıq, idman, xorovod-oyun (məsələn, “Yallı”, “Halay”) və s. Davametmə müddətinə, rituallarının zənginliyi və rəngarəngliyinə görə toy mərasimi ən əhəmiyyətlisidir. Azərbaycan xalq rəqsi, bir qayda olaraq, 3 hissədən ibarətdir: birinci hissə sürətlidir, dairə üzrə rəqs; ikinci hissə lirikdir, rəqqas sanki yerində donub qalır (“süzür”), korpus qəti və vüqarlı tərzdə dik tutulur; uçüncü hissədə - yenə dairə üzrə rəqs, sürətli, təntənəli və böyük emosional coşğunluqla səciyyəvi olur. Qadın və kişi rəqsləri bir-birindən kəskin şəkildə fərqlənir. Qadın rəqsinin inkişafı kostyumla şərtlənmişdir: uzun yubka ayaqların süzgün hərəkətini müəyyənləşdirirdi, rəqqasələrin bütün diqqəti əl və korpusun yuxarı hissəsinin (çiyinlər, baş, üzün mimikası və s.) işlənmiş texnikasına cəmlənir. Kişi rəqsinin əsas əlaməti isə ayaqların texnikasıdır. Rəqqas çevikliklə barmaqları üzərində dayanır, dizləri üstündə sürətlə yerə enir və s. Azərbaycan rəqslərinin musiqi həcmi – 6/8 və 3/4 –dür. Rəqslər adətən xalq çalğı alətlərinin: zurnaçılar triosu (2 zurna və 1 nağara), sazəndə triosu (tar, kamança, dəf) və s. müşayiəti ilə ifa olunur. Ən geniş yayılmış milli rəqslər bunlardır: Abayı Alçagülü Asma Kəsmə Asta Qarabağı Avarı Ay bəri bax Azərbaycan Bənövşə Birilliant Çalpapaq Camış bağa girdi Çattadı Cəhribəyim Cəngi Ceyrani Çit tuman Darçını Dartma, yaxam cırıldı Dəsmalı Ənzəli Gəlin atlandı Gəlin gətirmə Gəlin havası Gülgəz (rəqs) Gülməyi Heyvagülü İki arvadlı İnnabı Keçi məməsi Kəndiri Kəsmə Koroğlu Koroğlunun qaytarması Lalə Mirvari Mirzəyi Misri Mücəssəmə Naznazı Pəhləvanı Qaytağı Qazağı Qıtqılda Qızılgül Qızlar bulağı Qoçəli Qofta Rəngi Şahsevəni Şalaxo Samux Sarıbaş Şəki Səməni Tamara Tərəkəmə Toy rəqsi Turacı Üç badam, bir qoz Uzundərə Vağzalı Velaçola Xalabacı Xançobanı Yallı Yerli rəqs Yüz bir Zoğalı
|