Baş səhifə
» MUSİQİ
» Meyxana
MeyxanaOnu adətən iki və daha artıq şair-müğənni müaşirə şəklində bədahətən söyləyir. Meyxana janrının özünəməxsusluğu, kolorit əlvanlığı daha ifadəlı, dərindir. Meyxanaya bu təkraredilməz görkəmi verən amil - müşayiətdə zərb alətinin metroritmik əsasının ostinat formullu təşkili meyxana janrının qədim tarixə malik olduğunu göstərir. Təkcə XX əsr ərzində meyxana janrı üç inkişaf mərhələsi keçmişdir. Bu mərhələlər Azərbaycan xalqının həyatında son dərəcə mürəkkəb, ziddiyyətli hadisələrlə dolu dövlərə təsədüf edir. 1920-ci il aprel inqilabından sonrakı dövrdə yeni idealogiyanın yayılması üçün meyxanaya geniş meydan verilmişdir. Meyxana "Tənqid-tətbiğ" teatrının repertuarında və ümumiyyətlə bədii ədəbiyyatda, o cümlədən səhnə əsərlərində mövqe qazanmışdır. 1941-1945 illər müharibə dövründə meyxana xalqın sirdaşına çevrilir, ona ürək-dirək verir, ümidini inamını, etiqadını artırırdı. Keçən əsrin 90-cı illərindən başlayaraq meyxana üçünçü inkişaf mərhələsinə qədəm qoymuşdur. Lakin ölkə müstəqillik yoluna qədəm qoyduğu bir zamanda meyxana janrına artıq keyfiyyətcə yeni münasibət bəslənir: telekanallarda meyxana yarışları keçirilir, ustad sənətkərları el şənliklərinə dəvət olunur, meyxana topluları nəşr edilir və nəhayət, meyxana tədqiqat obyektinə cevrilir. Meyxana - xalq şeirinin müasir dövrdəki davamı, inkişafıdır. Hər dövrün öz meyxanası var. Zamanın nəbzini tutan, onu yaradan mühitin koloritini əks etdirən bu janr həmişə folklorla bağlı olmuş, daim xalqın arzu və istəklərini əks etdirmiş, dövrün çatışmazlıqlarını qamçılamışdır. Meyxana janrının quruluş və struktur baxımından bir-birindən seçilən növləri vardır: a) qafiyəli meyxanalar b) rədifli meyxanalar v) beyt meyxanalar q) qafiyəsiz meyxanalar, bədihələr Meyxanaçılar Mirzə Əbdülxaliq Yusif, Haşım bəy Saqi, Mirzə Səməndər, Əliağa Vahid, Məşədi Azər, Yəhya Molla oğlu, Əhməd Anatollu, Ağadadaş Müniri, Dilqəm, Ağasəlim Çıldağ və s. kimi şairlər meyxananın klassik nümunələrini yaratmışdır. Hazırda da xeyli sayda istedad sahibi bu sənətlə məşğuldur.Onların arasında daha çox Ağamirzə, Ağakərim, Namiq Məna, Vüqar, Namiq Qaraçuxurlu və s. tanınır.
|