Baş səhifə
» MUSİQİ
» Rok
RokRokun əsas inkişaf mərkəzləri ABŞ və Qərbi Avropadır. Böyük Britaniya roksevərliyinə görə Avropada ön pillədədi. Azərbaycanda rok musiqisi 1966-75-ci illərdə geniş yayılmışdır. O zamanlar gənclər Qərb rok musiqisini radio dalğalardan dinləyirdilər. Daha çox keyfiyyətli musiqi dinləmək istəyən gənclər “Led Zeppelin”, “Beatles”, “Animals” kimi qruplara qulaq asırdılar. Universitetlərdə, mədəniyyət evlərində, məktəblərdə rok qrupları yaradılırdı. Bir çoxları da xarici dillərdə ifa olunmuş musiqilərin sözlərini anlamaqda çətinlik çəkirdilər, buna görə də ifa edərkən bəzən original sözlərdən istifadə etmirdilər. Azərbaycan musiqi mədəniyyəti böyük olan bir ölkə olduğundan Qərbdən gələn bu musiqi növünü heç bir xüsusi nəzarətdə saxlamırdılar. Komsomol Komitəsi (KK) rok festivallarının əsas təşkilatçısı idi. Bununla belə, hər konsert üçün kommunist şüarı uydurmaq lazım gəlirdi. 1960-70-ci illərdə “Eksulap” (Tibb Universiteti), “Xürrəmilər” (İqtisad Universiteti), “Rəng” kimi rok qruplar yarandı və gənclər tərəfindən sevildi. 70-ci illərdə nisbətən Qərb musiqisinin təsirindən çıxıb və öz musiqi stilini yaradan qruplar daha çox idi. Bunlara “Cür-bə-cür” (Cahangir Qarayevin rəhbərliyi ilə), “Brevis”, “Üç od” aid edilə bilər. Azərbaycan Rok musiqi stilinin yaranmasında 2 qrup başlıca rol oynayıb. Bunlar “Ekspriment Ok” və “Aşıqlar” (Elxan Şixəliyevin rəhbərliyi ilə) qrupudur. “Aşıqlar” öz musiqisində ud, tar və kamançadan istifadə edirdi. Elxan Şixəliyev həm də “Ekspriment OK” qrupunda saksafonda ifa edirdi. “Unformal” qrupu isə 2001-ci ildə “BIC Fest 01″ festivalında ən yaxşı rok qrup kimi Qızıl Aypara Mükafatına layiq görülmüşdür. Hətta orada ifa etdiklər “I hope you’ll be there” kompozisiyasını Amerikanın radiostasiyaları səsləndirmək istəsələr də, musqiqinin səs keyfiyyətləri aşağı olduğu üçün baş tutmamışdır. Hazırda Azərbaycan Rok musiqisinin auditoriyası zəifdir. Ancaq bununla belə, qruplar fəaliyyətini davam etdirir, tez-tez xarici ölkələrdə konsert proqramları ilə çıxış edirlər.
|