Baş səhifə
» MƏTBƏX
» Şirniyyatlar
ŞirniyyatlarAzərbaycan nanı Əla növ buğda unu – 325q, kərə yağı – 160q, şəkər kirşanı – 95q, kişmiş – 80q, sukat – 50q, yumurta 115q, fındıq ləpəsi – 50q, zəfəran – 0,06q, ammonium – 12q, pomada üçün şəkər tozu – 245q, patka – 25q, quru karmin boyağı. Xəmir yoğurmaq üçün lazım olan fındıq xırdalanır, sukat xırda doğranır, kərə yağında bişirilir. Bakı qorabiyyəsi Əla növ buğda unu – 583q, kərə yağı – 350q, şəkər kirşanı – 152q, yumurta ağı – 40q, iç üçün ərik püresi – 30q, şəkər tozu – 30q. Kərə yağı şəkər kirşanı ilə yaxşı qarışdırıldıqdan sonra ona yumurta ağı əlavə edib çalınır, ələnmiş un vurulur və yaxıntılı konsistensiyalı xəmir yoğrulur. Quba tıxması Əla növ buğda unu – 520q, kərəli marqarin – 190q, üzlü süd – 127q, yumurta – 2 əd., maya – 8q, zəfəran – 0,3q, duz. İç üçün: əla növ buğda unu – 130q, kərə yağı – 64q, şəkər – 127q, hil – 0,3q, muskat qozu – 0,3q. Şirin nazik Əla növ buğda unu – 700q, ərinmiş yağ – 200q, şəkər kirşanı – 115q, yumurta sarısı – 1ədəd, maya – 2q, zəfəran – 0,03q, duz – 1,5q. 520 qram un, 90q yağ və duz əlavə edilməklə mayalı xəmir yoğrulur. İçlik hazırlamaq üçün 70 qram yağa zəfəran şirəsi və şəkər kirşanı qatılıb yaxşıca qarışdırılır, sonra üzərinə çəkilir. Tər halva Əla növ buğda unu – 400q, ərinmiş yağ – 200q, doşab – 250q və ya şəkər tozu – 200q, darçın – 2q. Tavada qızdırılmış yağa un əlavə edilib qızılı rəngə çatınca qovrulur. Sonra buna doşab və ya şəkər şərbəti qatılır və arası kəsilmədən qarışdırılaraq qızdırılır. Halva dayaz desert boşqaba qoyulur, üstünə darçın səpilir. Şəkər pendir Şəkər tozu – 830q, patka – 250q, vanilin – 0,25q. Qazana şəkər tozu və su tökülüb 8-10 dəq ərzində yüksək temperaturda qaynadılır. Sonra patka əlavə edib orta karamel nümunəsinə (nəmliyi 3-3,5% qalanadək) gəlincə bişirilir. Hazır karamel kütləsi mərmər masanın üzərinə (yağlanmış tavaya da tökmək olar) tökülüb 70-80 0C temperatura qədər soyudulur, vanil əlavə edilir. Gülablı qovut Qovrulmuş buğda – 50q, qoz ləpəsi – 30q, zəfəran – 0,5q, darçın və keşniş toxumu – 0,05q, gülab – 10ml. Şəkərdən 1:1 nisbətində şərbət hazırlanır, soyudulur, zəfəran şirəsi və gülab əlavə edilir. Fəsəli Əla növ buğda unu – 780q, maya – 20q, şəkər tozu – 55q, quyruq yağı – 110q, (və ya quyruq cızdağı). Ədviyyat – keşniş toxumu, hil, darçın, zəncəfil, hər birindən – 2-3q, duz – 5q. Una maya, su və duz qatılıb xəmir yoğrulur. Xəmir 1,5-2 saat saxlanılır və 100 qramlıq kündələrə kəsilib 0,5 mm qalınlığında kəsilir Riştə paxlava Əla növ buğda unu – 300q, yumurta 1/2 əd., duz – 3q. İçlik üçün: Badam- 180q, şəkər tozu – 180q, darçın – 3q. Şərbət üçün: şəkər – 160q, bal – 40q.; Təbəqələrin arasına sürtmək üçün yağ – 40q, səthinə sürtmək üçün yumurta. Xəmir və içlik şəkərburada olduğu kimi hazırlanır. Gəncə paxlavası kimi hazırlanır, lakin axırıncı üst xəmir layı əvəzinə riştə qoyulur və romb şəklində doğranır. Riştəni ev şəraitində hazırlanan buğda nişastasından və ya düyü unundan «Şəki paxlavası»nda olduğu kimi bişirirlər. Bamiyə Əla növ buğda unu – 527q, şəkər tozu – 235q, yumurta – 1 ədəd, bitki yağı – 120 q, çay sodası – 0,5q, duz – 5q. Una çay sodası və qanar su əlavə edib xəmir yoğrulur və soyuduqdan sonra ona yumurta qatılır. Xəmir ətçəkən maşında keçirilir. Lakin ətçəkən maşına bıçaq yerinə 0,15 mm qalınlığında xırda dişləri olan metal lövhəcik qoyulur. Bamiyə bitki yağı frityurunda qızardılır, şəkər şərbətində hopdurulur və quruduqdan sonra üstünə şəkər kirşanı səpilir. Qozlu borucuq Əla növ buğda unu – 432q, xama – 200q, kərə yağı – 125q, qoz ləpəsi – 200q, şəkər tozu – 160q, bal – 40q, darçın – 2q, yumurta – 1 ədəd. Xəmirin və için hazırlanması Ordubad dürməyində olduğu kimidir. Xəmir 40 qramlıq paylara bölünür və bunlar bir ucu digərindən bir qədər enli olan lentlərə yayılır. Badamlı borucuq Əla növ buğda unu – 410q, xama – 185q, kərə yağı – 120q, badam – 220q, şəkər tozu – 180q, hil – 5q, şəkər kirşanı – 35q, maya – 10q, konyak – 3q, duz. Una kərə yağı, xama, şəkər kirşanı, duz və maya əlavə edilib xəmir yoğrulur. İç hazırlamaq üçün badam qaynar suda pörtülür, qabığı çıxarılır. Gəncə paxlavası Əla növ buğda unu – 300q, yumurta 1/2 ədəd, duz – 3q. İçlik üçün: Badam- 180q, şəkər tozu – 180q, darçın – 3q; Şərbət üçün: şəkər – 160q, bal – 40q; Təbəqələrin arasına sürtmək üçün yağ – 40q, səthinə sürtmək üçün yumurta. Xəmir və içlik şəkərburada olduğu kimi hazırlanır. Səməni halvası Buğda – 100q, 1-ci növ buğda unu – 500q, ərinmiş yağ – 100q, doşab – 200q, qoz ləpəsi – 100q, cirə – 2q, istiot – 1q, darçın – 2q, razyana – 1q. Buğdadan adi qayda üzrə səməni cücərdir. Səməni cücərtiləri sarımtıl rəngdə olduqda ətçəkən maşından buraxılır, şirəsi tənzifdən süzülür və un əlavə edilib xəmir yoğrulur. Badambura Əla növ buğda unu – 390q, xama – 225q, badam – 210q, şəkərtozu – 210q, şəkər kirşanı – 26q, bitki yağı – 110q, hil – 2q, çay sodası – 0,5q. Una xama və çay sodası qatılaraq xəmir yoğrulur və 20-25 dəqiqə saxlanılır. (Bəzən xəmir maya ilə hazırlanır) . Xəmir 504 mm qalınlığında yayılır. Qırma badam Düyü unu – 84 q, şəkər tozu - 675 q, fındıq ləpəsi – 285 q, yumurta ağı – 35 q, limon turşusu – 1 q, keşniş toxumu – 2q. Şəkər tozu su ilə qaynadılır, limon turşusu əlavə edilib tərkibində 5-6 faiz su qalanadək bişirilir. Bişmiş karamel kütləsini çala-çala soyudur və istiliyi 50-60 oC olduqda üzərinə əlavələr edilir. Şor qoğalı Əla növ buğda unu – 726 q, quyruq cızdağı – 300 q, yumurta – 1 əd, quyruq yağı – 60 q, maya – 15 q, zirə – 1 q, zəfəran – 0,5 q, razyana – 2 q, qara istiot – 0,5 q, xaşxaş – 3 q, duz. Una su, duz və maya qatılıb xəmir yoğrulur. Şəki paxlavası Düyü unu – 280 q, şəkər – 420 q, fındıq ləpəsi – 140 q, limon turşusu – 1 q, keşniş toxumu – 2 q, hil – 0,5 q, zəfəran – 0,2 q. Düyü ununa su əlavə edilməklə duru xəmir hazırlanır. Həmin xəmiri 11 gözcüyü olan xüsusi qıfdan qızdırılmış tiyana tökməklə top formalı riştə hazırlanır. Bakı paxlavası Əla növ buğda unu – 240 q, ərinmiş yağ – 60 q, üzlü süd – 80 q, yumurta – 1 ədəd, maya – 8 q, təmizlənmiş badam və ya qoz ləpəsi – 200 q, şəkər – 200 q, zəfəran – 0,4 q, vanilin – 0,2 q, bal – 20 q. Xəmirin yoğrulması və için hazırlanması qaydası digər paxlavada olduğu kimidir. Şəkərçörəyi Əla növ buğda unu – 530 q, ərinmiş yağ – 260 q, şəkər kirşanı – 300 q, yumurta – 1 ədəd, vanilin – 3 q. Ərinmiş yağ şəkər kirşanı ilə 25-30 dəqiqə çalınır, bu zaman ona az-az yumurta ağı əlavə edilir. Çalıntıya vanilin və ələnmiş un qatılıb xəmir yoğrulur. Həmin xəmirdən 60-75 qramlıq girdə kündələr hazırlanır. Şəkərbura Əla növ buğda unu – 240 q, ərinmiş yağ – 60 q, üzlü süd – 80 q, yumurta – 1əd, maya – 8 q, təmizlənmiş badam və ya fındıq – 200 q, şəkər tozu – 200 q, hil – 0,4 q, duz. Süd 30-350 oC-yə qədər qızdırılır, ona maya, duz, yumurta, ərinmiş yağ qatılır.
|