Baş səhifə
» MƏTBƏX
» Turşular
TurşularGöyəmlə sirkəyə qoyulmuş sarımsaq Sarımsaq – 500 q, göyəm – 500 q, dəfnə yarpağı – 3 ədəd, mixək – 5 ədəd, ətirli istiot – 5 ədəd, qara istiot – 5 ədəd, duz – 20 q, şərab sirkəsi – 400 q. Sarımsaq dişləri soyulub təmizlənir. Bidonun dibinə ədviyyat qoyulur, əvvəlcə duz vurulmuş sarımsaq dilimləri, sonra göyəm yığılıb üstünə şərab sirkəsi əlavə edilir. Qarışıq turşu Xiyar - 4 kq, göy bibər - 6 kq, göy pomidor - 4 kq, kök - 4 kq, 4 yerə bölünmüş kələm - 4 kq götürülür, doğranır və bidonlara yığılır, aralarına albalı, heyva, üzüm yarpaqları yığılır ki, turşunun dadını yaxşılaşdırsın. Üstündən 5 litr suya 250 qram duz tökülür. Bir neçə gündən sonra artıq duzlu suyu boşaltmaq lazımdır. Duzlu suya qoyulmuş kələm Hazırlamaq üçün çox da böyük olmayan kələmlər seçilir, onun üst qatı, özəyi çıxarılır. 4 yerə bölünür, çəlləklərə yığılır, üstündən taxta parçası ilə basılır və duzlu su (1 litr suya 400 qram duz) tökülür. Elə etmək lazımdır ki, duzlu su taxta parçasını örtsün. Kələmə xoş rəng vermək üçün onun içinə dilim-dilim kəsilmiş çuğundur qatılır. Sarımsaq turşusu Sarımsaq, sirkə, limon duzu, şəkər, duz, su. Sarımsaqlar yuyulur və bidona yerləşdirlir. Üzərinə duzlu su əlavə edilir. Gündə bir dəfə suyu boşaldılıb təkrar duzlu su əlavə edilir. Bu əməliyyat 3 gün ərzində təkrarlanır. 4-cü gün sirkə, duz, limon duzu, şəkər tozu və su qarışdırılıb, sarımsaqların vasitəsilə qapanana qədər bidona əlavə edilir. Badımcan turşusu Xırda nazik badımcan, sarımsaq, keşniş, şüyüd, nanə, reyhan, tərxun, duz, şərab sirkəsi. Göyərti yuyulub, doğranır. Doğranılmış sarımsağı göyərtiylə qarışdırıb, duz əlavə edilir. Xırda badımcanlar saplaqdan təmizlənib uzununa yarılır, oraya duz səpilir. 0,5 saat saxlanır, sonra badımcanlar yuyulur. Suya duz əlavə edib qaynadılır. Badımcanlar nə bərk, nə yumşaq olmalıdırlar. Pörtülmüş badımcan aşsüzənə yığılır, üstünə ağır əşya qoyub 3 saat saxlanılır. Hazırlanmış iç badımcanların arasına doldurulur, bidona yığılıb üzərinə sirkə tökülür. Bidonu bağlayıb soyuq yerdə saxlamaq lazımdır. Badımcanlar 1,5 aya yetişir.
|