Baş səhifə
» MƏTBƏX
» Əsas yeməklər
Əsas yeməklərPiti Xammalların miqdarı küftə-bozbaşda olduğu kimidir. Yay vaxtı zəfəran 50 q pomidorla əvəz edilir. Pitinin hər payına 55-60 qramlıq 2-3 tikə qoyun əti götürülür. Noxud 4-5 saat soyuq suda isladılır. Ət və noxudu piti qabına qoyub zəif od üzərində tədricən bişirirlər. Xörəyin hazır olmasına 30 dəqiqə qalmış kartof, iri doğranmış soğan, alça, duz və zəfəran şirəsi tökülüb hazır olana kimi bişirilir. Piti bir qayda olaraq bişirildiyi qabda süfrəyə verilir, yanına dərin boşqab və ya kasa, sumaq və təmizlənmiş baş soğan qoyulur. Soyutma Qoyun əti – 217q, baş soğan – 30q, pomidor – 280q, xama – 30q, duz, istiot. Qoyun ətini 1,0-0,5 kq tikələr şəklində suda bişirir, bulyondan çıxarıb soyudurlar. Süfrəyə verdikdə soyuq qoyun ətini 2-3 mm qalınlıqda doğranır, boşqaba qoyur, yanına girdə doğranmış pomidor və çöp şəklində soğan düzür, üstünə xama tökürlər. Kəlləpaça (Xaş) Qoyun kəlləsi – 214q, qoyun ayaqları – 179q, qarın – 47q, sarımsaq – 5q, sirkə -10q, duz. İlk emaldan keçirilib təmiz yuyulmuş qoyun kəlləsi, ayaqları və qarnı suda bişirilir. Əmələ gəlmiş kəf yağılır. Bişəndən sonra (6-7 saat ərzində) ət kəfkirlə çıxarılıb iri sümüklərdən ayrılır və 40-50 qram çəkidə doğranıb yenidən bişirilir Lobya fisincanı Qırmızı lobya – 100q, baş soğan – 30q, ərinmiş yağ – 20q, qoz ləpəsi – 30q, sirkə – 20 q və ya nar şirəsi – 15q, keşniş göyərtisi – 20q, istiot, duz. Lobya bişirilir, qızardılmış baş soğan və qoz ləpəsi ilə ətçəkən maşından keçirilir. Istiot, duz, sirkə əlavə edilir İspanaq çığırtması İspanaq – 350q, turşəng – 100q, cəfəri və ya şüyüd – 15q, baş soğan – 50q, yumurta – 2əd., ərinmiş yağ – 30q, qatıq – 100q, istiot, duz. Göyərti təmizlənir, yuyulur, iri-iri doğranıb pörtlədilir. Baş soğan ayrıca yağda qızardılır, göyərtiyə qatılıb duz və istiot vurulur. Üzərinə çalınmış yumurta tökülüb qızdırıcı şkafda bişirilir. Övriştə Toyuq əti – 270q, ərinmiş yağ – 30q, zoğal qurusu – 100q, baş soğan – 50q, şəkər – 5q, istiot – 0,1q, duz. Emal olunmuş toyuq 30-35 qramlıq tikələrə doğranır, duz, istiot vurulub yağda qızardılır. Soğan ayrıca qızardılır, sonra isladılmış zoğal qurusu, axırda şəkər əlavə edilir və tavadakı toyuğun üstünə tökülür. Yaxşı qarışdırılıb hazır olunca bişirilir Əzmə Qoyun qara ciyəri – 354q, quyruq – 65q, istiot – 0,1q, duz. Qara ciyər pərdələrdən təmizlənir və qoyun quyruğu ilə duzlu suda yarımhazır vəziyyətə gəlincə bişirilir. Sonra ətçəkən maşından keçirilir, istiot, vurulub hazır olunca tavada qovrulur. Yayma Düyü – 67q, süd – 100q, ərinmiş yağ – 15q, şəkər – 15q, zəfəran – 0,1q, duz. Süd eyni miqdarda su ilə qarışdırılır, içinə düyü tökülüb zəif od üzərində bişirilir. Hazır olana yaxın şəkər və zəfəran şirəsi əlavə edilir. Süfrəyə verdikdə üstünə yağ tökülür. Səbzi qovurma Qoyun əti – 330q, baş soğan – 50q, ərinmiş yağ – 25q, abqora – 10q, və ya lumu turşusu – 0,3q, zəfəran – 0,1q, göyərti – 200q (ispanaq və turşəng – 50q, keşniş və şüyüd – 50q, kəvər – 50q, göy soğan – 50q) istiot, duz. Qoyun ətinin bud hissəsi əvvəlcə sümükdən ayrılır və 25-35 dəqiqə bişirilir Azərbaycansayağı ət qızartması Qoyun əti – 330q, qoyun böyrəyi – 85q, kərə yağı – 25q, baş soğan – 50q, təzə pomidor – 100q, buğda unu – 90q, keşniş və şüyüd – 12q, istiot – 0,1q, duz. Qoyun ətini hər paya 4-5 ədəd olmaqla doğrayır və böyrəyi pərdədən təmizləyib iki yerə bölürlər. Ətlə böyrəyə duz və istiot vurub yağda bişirilir Rizə küftə Qoyun əti – 330q, baş soğan – 100q, ərinmiş yağ – 40q, şərab sirkəsi – 20q, şəkər – 10q, tomat püresi – 15q, keşniş və şüyüd – 25q, istiot – 0,1q, duz. Qoyun əti qiyməsindən hər pay üçün 10-12 ədəd 20-30 qramlıq küftəciklər hazırlanıb yağda qızardılır. Ayrıca yağda qızardılmış soğana tomat püresi əlavə edilib bulyonda bişirilir Təndirdə qızardılmış cücə Cücə – 200q, xama – 10q, lumu – 15q, pomidor – 50q, baş soğan – 30q, keşniş və cəfəri – 25q, istiot, duz. Emal edilmiş bütöv cücəyə duz, istiot vurulur və şişə taxılır. Səthinə xama sürtülür, təndirdə qızardılır. Hazır cücə başqaba qoyulur, doğranmış pomidor, lumu, baş soğan və göyərti ilə bəzədilir. Tava əti Qoyun əti – 220q, ərinmiş yağ – 30q, baş soğan – 40q, kartof – 100q, badımcan – 60q, qabaq – 50q, pomidor – 50q, xiyar – 30q, istiot, duz. Qoyun əti tikələrə kəsilir, duz və istiot vurulub qızardılır. Azacıq bulyon, yağda qızardılmış soğan əlavə edilib öz buğunda bişirilir. Tərəvəzlər – kartof, badımcan, qabaq təmizlənir, ayrıca bişirilir Cız-bız Qoyun bağırsağı (şirin bağırsaq) – 140q, ürək – 60q, qara ciyər – 67q, böyrək – 60q, mayalıq – 50q, baş soğan – 50q, kartof – 193q, quyruq – 15q, göyərti – 5q, sumaq – 1,0q, istiot – 0,1q, duz. Yay fəslində 100q pomidor. Təmizlənmiş qoyun bağırsağı 2-3 sm uzunluğunda doğranır. Qaraciyər, böyrək, ürək və mayalıqla bişirilir Gəncə çığırtması Qoyun əti – 220q, yumurta – 2 əd., baş soğan – 50q, ərinmiş yağ – 25q, qatıq – 50q, pomidor – 50q, lumu turşusu – 5q, keşniş və ya şüyüd – 15q, zəfəran – 0,05q, istiot, duz. Qoyun ətindən 60-70 qramlıq tikələr kəsilir, qazana yığılır, bulyon və zəfəran şirəsi əlavə edilib öz buğunda bişirilir. Alçalı-limonlu qovurma Qoyun əti – 275q, ərinmiş yağ – 30q, baş soğan – 50q, quru alça – 20q, lumu – 1/5 əd., zəfəran – 0,05q, istiot – 0.1q. Qoyun ətindən 25-30 qramlıq tikələr kəsilir, duz, istiot vurub soğanla qızardılır. Sonra azacıq bulyon, alça və zəfəran şirəsi qatılıb öz buğunda bişirilir. Paylıq tavada süfrəyə verilir, üstünə lumu dilimi əlavə edilir Turşu qovurma Qoyun əti – 221q, ərinmiş yağ – 25q, baş soğan – 60q, gavalı qurusu – 25q, istiot – 0,1q, duz. Boz qovurma kimi bişirilir. Hazır olmasına 30 dəqiqə qalmış gavalı əlavə edilir. Boz qovurma Qoyun əti – 163q, ərinmiş yağ – 30q, baş soğan – 50q, zəfəran – 0,1q, keşniş və şüyüd – 15q, duz. Qoyun əti 15-20 qramlıq tikələrə doğranır, duzlanır və qızardılır. Doğranmış soğan və zəfəran şirəsi əlavə edilib bişirilir. Süfrəyə verildikdə üstünə göyərti səpilir. Qiymə çığırtma Qoyun əti – 163q, baş soğan – 40q, ərinmiş yağ – 25q, yumurta – 2 əd., şüyüd – 12q, zəfəran – 0,1q, istiot – 0,11q, duz. Qoyun əti ilə soğandan hazırlanmış qiyməyə duz, istiot və zəfəran vurulub yağda qovrulur. Qiymənin üstünə çalınmış yumurta vurulub qızdırıcı şkafda bişirilir. Parça bozbaş Xammalların miqdarı küftə-bozbaşda olduğu kimidir. Əlavə olaraq heyva – 20q, şabalıd – 25q. Qoyun ətinin döş və ya kürək hissələrindən hər biri 60-80q. çəkidə 2-3 tikə ət götürüb əvvəlcədən 4-5 saat suda isladılmış noxudla birlikdə bişirilir. Kəfi yığıb üzərinə doğranmış baş soğan və hazır olmasına 30 dəqiqə qalmış kartof əlavə edilir. Bundan sonra xörəyə duz əlavə edilir Şəki pitisi Sümüksüz qoyun əti – 163q, noxud – 30q, quyruq – 20q, baş soğan – 18q, şabalıd – 30q, quru gavalı – 20q, zəfəran – 0,1q, istiot, duz, sumaq. Adi piti kimi hazırlanır. Lakin kartof əvəzinə şabalıd götürülür. Şabalıd ayrıca bişirilir və təmizlənir. Payız vaxtı hər paya 30 q heyva atılır.
|