Baş səhifə
» NƏQLİYYAT
» Nəqliyyatın inkişafı
Nəqliyyatın inkişafıAzərbaycan nəqliyyat sisteminin son inkişafı
Nəqliyyat sisteminin inkişafı Azərbaycan Respublikası üçün böyük əhəmiyyət kəsb edir. Ölkə iqtisadiyyatının infrastruktur sahələri olan enerji, rabitə, təhsil,səhiyyə ilə yanaşı, nəqliyyat cəmiyyətin həyat fəaliyyətinin ilkin tələbatını təmin etməklə sosial, iqtisadi, xarici siyasət və digər dövlət prioritetlərinə nail olmaq üçün mühüm rol oynayır. 2011-ci ilin yanvar-mart aylarında bütün nəqliyyat növləri ilə 45,8 mln. ton yük daşınmışdır ki, bu da ötən ilin eyni dövrünə nisbətən 5,6% (2,4 mln. ton) çoxdur. Bu dövrdə boru kəməri nəqliyyatı ilə 16,0 mln. ton (artım surəti 106,0%), o cümlədən neft kəmərləri ilə təxminən 12,1 mln. ton (4,4%), qaz kəmərləri ilə isə 3,9 mln. ton və ya 5,49 mlrd. m3 (11,0%) yük daşınmışdır. Bakı-Tbilisi-Ceyhan Əsas Neft İxrac Boru Kəməri vasitəsilə 9,2 mln. ton və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,5% çox xam neft ixrac edilmişdir. Bakı-Novorossiysk ixrac boru kəməri marşrutu ilə 540,5 min ton (ötən ilə nisbətən 20,2%) çox xam neft ixrac olunmuşdur. Hesabat dövründə Şahdəniz yatağında təbii qaz hasilatının artırılması hesabına Bakı-Tbilisi-Ərzurum (BTƏ) marşrutu ilə Cənubi Qafqaz Boru Kəməri ilə ötürülən təbii qazın həcmi artmış və nəticədə qaz boru kəməri sistemi ilə təbii qazın nəql edilməsində 11,0 faiz artım olmuşdur. 2011-ci ilin I rübündə bütün nəqliyyat növləri ilə 332,0 mln. və yaxud ötən ilə nisbətən 6,2% çox sərnişin daşınmışdır. Sərnişin daşımalarında ümumi artım avtomobil və hava nəqliyyatında sərnişin daşımaların müvafiq olaraq 7,8 və 44,0% artırılması hesabına olmuşdur. 2011-ci ildə rabitə sektorunda göstərilən informasiya və rabitə xidmətlərinin həcmi ötən ilə nisbətən 23,5% artaraq, 287,4 mln. manat təşkil etmişdir. Əhaliyə göstərilmiş rabitə xidmətlərinin həcmi 24,8% artaraq, 213,3 mln. manata çatmışdır. Rabitə xidmətlərinin 77,9%-i qeyri-dövlət sektorunun payına düşmüşdür.
|