Baş səhifə
» NƏQLİYYAT
» Dəmir yolu nəqliyyatı
Dəmir yolu nəqliyyatıHazırda Azərbaycan Respublikasında dəmir yollarının uzunluğu 2944, km. istismar uzunluğu isə 2122 km təşkil edir. Dəmir yolu xəttinin daha intensiv sahələri, yəni 1277,1 km-i elektrikləşdirilmişdir ki, bu da ümumi uzunluğunun 60%-nı təşkil edir. 2005-cü ildə Azərbaycan Dövlət Dəmir Yolu (ADDY) tərəfindən 26201,0 min ton yük, 5509,7 min nəfər sərnişin daşınmış, yük dövriyəsi 9524 mln ton km., sərnişin dövriyysi isə 881,1 mln sərnişin km. təşkil etmişdir. Avropa-Qafqaz-Asiya (TRACECA) dəhlizi üzrə tranzit yük daşınmasının həcmi 7327,6 min tona bərabər olmuşdur. Azərbaycan Dövlət Dəmir Yolunun (ADDY) tərkibində Daşıma Prosesləri İdarəetmə Birliyi, Sərnişin Daşıma İstehsalat Birliyi, “Lokomotiv İstehsalat” Birliyi, “Vaqon Servis” İstehsalat Birliyi, Yol istehsalat birliyi, Elektrik Təçhizatı İstehsalat Birliyi, İşarəvermə və Rabitə İstehsalat Birliyi, Hərbiləşdirilmiş Mühafizə Təsərrüfatı, Naxçıvan hissəsi və s. müəssisəsələr fəaliyyət göstərir. Hal-hazırda Bakı sərnişin stansiyasından Rusiya (Bakı-Moskva, Bakı-Sankt-Peterburq, Bakı-Rostov, Bakı-Tümen, Bakı-Mahaçqala), Ukrayna (Bakı-Kiyev, Bakı-Xarkov), Gürcüstan (Bakı-Tiflis) istiqamətində uzaq təyinatlı, Bakı-Köçərli-Balakən, Bakı-Astara-Horadiz, Bakı-Qazax-Böyük-Kəsik, Bakı-Ağstafa, Bakı-Gəncə, Bakı-Mingəçevir, Bakı-Astara istiqamətində yerli təyinatlı sürət və firma qatarları hərəkət edir.
|