Baş səhifə    » NƏQLİYYAT    » Avtomobil nəqliyyatı   

Avtomobil nəqliyyatı

  

Azərbaycanda avtomobil nəqliyyatının tarixi XX əsrin əvvəllərinə təsadüf edir. 1911-ci ildə Azərbaycanda cəmi 36 ədəd avtomobil olmuşdur. Bərk örtüklü yolların uzunluğu isə cəmi 210 km idi.
1920-1930-cu illərdə əsasən neft sənayesində texnoloji və xüsusi məqsədlər üçün ixtisaslaşdırılmış avtomobil parkı yaranmağa başlamışdı.
1926-cı ildə respublikada 896 ədəd avtomobil olmuşdur ki onlardan da 275 ədədi minik, 518 ədədi yük və 103 ədədi ixtisaslaşdırılmış avtomobillər idi. Yük avtomobillərinin 400-dən bir qədər çoxu “Azneftin” sərəncamında idi.
Avtomobil parkının artması şosse yollarının uzunluğunun artmasına səbəb oldu. Həmin dövrdə şosse yollarının uzunluğu 6500 km, o cümlədən 2300 km ittifaq və respublika əhəmiyyətli yollar təşkil edirdi.
Sürətlə inkişafda olan respublikanın sənaye, kənd təsərrüfatı, müdafiə və digər sahələrdə nəqliyyata tələbatının  təmin olunması məqsədi ilə çevik avtomobil təsərrüfatının yaradılması vacib tədbirlərdən biri idi. Bu məqsədlə, 1935-1936-cı illədrə respublikamızda “Soyuztrans” adlı ümumi istifadəli bir avtonəqliyyat qurumu yaradıldı. Bu idarənin nəzdində sərnişin və yük daşımaları ilə məşğul olan avtomobil dəstələri fəaliyyət göstərirdi.
1939-cu ildə Avtonəqliyyat Xalq Komissarlığı (AXK) (avtomoillərin sayı 600-800 ədəd olmuşdur), 1946-cı ilin mart ayında Avtomobil Nəqliyyatı Nazirliyi (ANN) yaradılmışdır.
Avtomobil Nəqliyyatı Nazirliyi tədricən inkişaf edərək 1987-1990-cı illərdə öz zirvəsinə çatmış və onun nəzdində 140-ANM, 9-sənaye, 11-tikinti müəssisəsi olmuşdur.
1992-ci ilin fevral ayında “Azəravtonəqliyyat” Dövlət Konserni  yaradılmışdır. Avtomobil nəqliyyatı vasitələri parkının tərkibi 16000 ədəd yük, 7600 ədəd minik (taksi) avtomobillərindən və 5800 ədəd avtobusdan ibarət  olmuşdur. 
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli Fərmanı ilə “Azəravtonəqliyyat” Dövlət Konserni və “Azəravtoyol” Dövlət Şirkəti ləğv edilmiş və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2003-cü il 24 iyun tarixli 04 nömrəli əmri ilə Nazirliyin tərkibində müvafiq olaraq “Avtonəqliyyatservis” “Yolnəqliyyatservis” Departamentləri yaradılmışdır.

 

Hazırda “Avtonəqliyyatservis” Departamentinin tərkibinə bir sıra müəssisə və təşkilatlar (Texniki Müayinə Mərkəzi; Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalı və s.) daxildir. Bunlar içərisində Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalı xüsusi çəkiyə malikdir.

 

Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalı

Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalı (BBŞA) dövlət əhəmiyyətli obyekt kimi, Azərbaycan Respublikasının şəhər və rayon əhalisinə sərnişindaşima xidməti göstərir, sərnişin daşimaları sahəsində avtobus marşrutları şəbəkəsinin tənzimlənməsi və s. tədbirləri həyata keçirir. 
Bakı şəhəri marşrutlarında gün ərzində 4000-ə yaxın müxtəlif avtobuslarla sərnişinlərə xidmət göstərilir. Bakı şəhər Beynəlxalq və Şəhərlərarası Avtovağzalından respublikanın  rayonlarına müxtəlif marşrutlar üzrə gün ərzində 500-550 avtobus yola düşür ki, bu da 350 minə qədər sərnişin daşınması deməkdir. Avtovağzalın ştat cədvəli üzrə 245 nəfər işçisi vardır. Onun tərkibinə aşağıdakı struktur vahidləri daxildir:

- Zərdab Avtovağzalı                                              4-cü mikrorayon avtokassası

- Daşkəsən Avtovağzalı                                         Astara avtokassası
- Ağdaş Avtovağzalı                                              “8-ci km” avtokassası
- Ucar Avtovağzalı                                                 BSD avtokassası
- Cəlilabad Avtovağzalı                                          Nabran avtokassası
- Balakən Avtovağzalı                                            Yardımlı avtokassası
- Naftalan Avtovağzalı                                            Hacıqabul avtokassası
                                                                                Lerik avtokassası
- Bakı – Sumqayıt Avtostansiyası                          Bəhramtəpə avtokassası
- Hava Limanı Avtostansiyası                                Saatlı avtokassası
- Qaradağ Avtostansiyası                                       Göytəpə avtokassası
- “Şimal” Avtostansiyası

 

Yolnəqliyyatservis Departamenti

Hal-hazırda “Yolnəqliyyatservis” Departamentinin əsas fəaliyyət istiqamətlərinə ərazilərdə xidmət edilən avtomobil yollarında təmir və saxlanma işlərini yerinə yetirmək, avtomobil yollarının qorunma zolağında yaşıllıqların salınması və onlara xidmət etmək, dəmir yolunu və dəmir yolu qurğularının təmiri, yenidənqurulması, layihələndirilməsi və tikintisi işlərini aparmaq, inşaat materialları və konstruksiyaları istehsal edir, həmçinin bu materialların alqı-satqısı ilə məşğul olmaq, dəmir yolları, vağzallar, depo, körpü və dayanacaqların, müxtəlif növ avtomobil yolları təsərrüfatı obyektlərinin, terminalların, sosial-məişət obyektlərinin tikintisi, yenidənqurulması və təmiri işlərini yerinə yetirmək, yol-nəqliyyat kompleksi üzrə proqnozlar hazırlamaq və avtomobil yollarında aparılan təmir işlərinin keyfiyyətinə nəzarət etmək və s. daxldir.
2006-2015 –ci illər ərzində 3578 km  Respublika əhəmiyyətli, 5928 km  yerli əhəmiyyətli avtomobil yollarını yenidən qurulması və əsaslı təmiri nəzərdə tutulmuşdur. 2006-2007 –ci illərdə Bakı şəhərində nəqliyyat tıxaclarının aradan qaldırılması və əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsinin yüksəldilməsi məqsədi ilə şəhərin müxtəlif yol qovşaqlarında yol ötürücülərinin (körpülərin) və 13 piyada keçidlərinin tikintisi nəzərdə tutulmuş və bu işlər uğurla həyata keçirilir.




Oxunub: 585487