Baş səhifə    » COĞRAFİYA    » Qoruqlar    » İsmayıllı Dövlət Təbiət Qoruğu   

İsmayıllı Dövlət Təbiət Qoruğu

  


İsmayıllı Dövlət Təbiət Qoruğu (İDTQ) 1 iyun 1981-ci il tarixdə yaradılmışdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 08 dekabr 2006-cı il tarixli Sərəncamı ilə İsmayıllı Dövlət Təbiət Qoruğu Şahdağ Milli Parkının ərazisinə daxil edilmişdir.
Qoruğun nəzdində İsmayıllı Dövlət Yasaqlığı fəaliyyət göstərir. Yasaqlıq İsmayıllı rayonu ərazisində Böyük Qafqazın cənub yamacında alçaq dağlıq ərazidən başlayıb dəniz səviyyəsindən 3629 m hündürlüyə kimi olan sahələri əhatə edir. Yasaqlıq 1969-cu ildə yaradılmışdır.
Qoruğun su şəbəkəsi Göyçay, Axoxçay çaylarından, onların bir neçə qollarından və yüzlərlə bulaqlardan ibarətdir.
İsmayıllı Dövlət Təbiət Qoruğunun (İDTQ) meşələrində əsasən fıstıq, vələs, palıd (şabalıdyarpaq, iberiya və şərq) qismən də göyrüş, cökə, qaraçöhrə, ağcaqayın və s. ağaclar yayılmışdır. Bunlardan şabalıdyarpaq palıd və qaraçöhrə növləri Azərbaycan Respublikasının «Qırmızı Kitab»ına daxil edilmişdir.
İsmayıllı Dövlət Təbiət Qoruğunda (İDTQ) heyvanat aləmi də çox zəngindir. Burada cüyür, çöl donuzu, təkə, köpgər, nəcib Qafqaz maralı, ayı, canavar, vaşaq, meşə pişiyi, çaqqal, tülkü, yenot, dələ, dovşan, qırqovul, qaratoyuq, alabaxta, bildirçin, sarıköynək, ağacdələn, çobanaldadan və s. heyvan və quşlar vardır. Onlardan köpgər və vaşaq Azərbaycan Respublikasının «Qırmızı Kitab»ına daxil edilmişdir.



Oxunub: 69312



Azərbaycan Televiziyaları
İnternet Radio