Baş səhifə    » FƏLSƏFƏ    » XI-XII əsrlərdə fəlsəfə    » İrşaqilik   

İrşaqilik

  


Peripatetizm və sufizmin panteist fəlsəfəsi ilə yanaşı, XII əsrdə müsəlman Şərqində üçüncü bir elmi-fəlsəfi təlim - işraqilik meydana gəldi. Azərbaycan filosofu Şihabəd-din Yəhya Sührəvərdinin yaratdığı bu təlimin ayrı-ayrı ideyaları Qədim Şərq və Qədim Yunanıstan fəlsəfi fikrinə gedib çıxır. 
Şihabəddin Sührəvərdinin və onun davamçılannm peripatetik mövzulara - məntiq, metafızika və fizikaya (təbiiyyata) xüsusi əsərlər həsr etmələri onların aristotelizmdən kifayət qədər bəhrələnmələrinə parlaq misaldır. İşraqiliyin banisi bəzi məsələlərdə peripatetizmə tənqidi yanaşsa da, Aristotelin adını birinci müəllim kimi həmişə ehtiramla çəkmişdir.
İşraqiliyi qərmətilik, habelə ismaililik, nüseyrilik və başqa məzhəblər, təlimlər ilə əlaqələndirənlər də olmuşdur. İşraqi filosofların yaradıcılığında sufizm cərəyanının təsiri böyükdür. Təsadüfı deyildir ki, bəzi müəlliflər işraqiliyi sufi təlimi kimi səciyyələndirmişlər. İşraqilik fəlsəfəsinin ideya mənbələrindən danışarkən neoplatonizmi ön plana çəkən tədqiqatçılar da vardır.
Qeyd edilən təsirlərə baxmayaraq işraqi filosoflar öz sələflərinin mövcud fıkirlərini sadəcə olaraq təkrarlamamış, istər antoloji, istərsə do qnoseoloji məsələləri araşdırarkən bir sıra yeni fıkirlər, mülahizələr irəli sürmüşlər. İşraqilik mühüm fəlsəfi problemlərin izahında əvvəlki fikir cərəyanlarının demək olar ki, hamısından fərqlənir.
Müxtəlif təlimlər arasında yaxınlıq, birinin digərindən bəhrələnməsi ilə yanaşı, açıq ideya ixtilafları da vardır. Bu hal mütəkəllimlər ilə peripatetiklərin qarşılıqlı münasibətlərində daha kəskin şəkil almışdı. Bir sıra ciddi məsələlərdə mötədil sufilər mütəkəllimlərlə, işraqilər isə peripatetiklərlə həmfikir olurdular. Əbuhamid Qəzali məntiq və fəlsəfi istilahlardan, prinsiplərdən istifadə etməsinə baxmayaraq öz əsərlərində Fərabi, İbn Sina və onların ardıcıllarına qarşı çıxmış, peripatetik fəlsəfənin əsassızlığını sübuta yetirməyə çalışmışdır. O, peripatetik fənlərə sxolastika mövqeyindən yanaşaraq, onların hər biri üzərində xüsusi dayanmışdır. Mütəkəllim dünyəvi elmlərin dini elmlərlə bağlılığının olmadığını söyləmişdir.
Əbuhamid Qəzali riyaziyyatın dinə iki zərəri olduğunu qeyd edir. Onlardan biri budur ki, riyaziyyatı öyrənmiş kəs ondakı sübutların aydınlığına heyran qalıb filosoflara rəğbət bəsləyir, başqa fəlsəfi elmlərin də bu cür ciddi əsaslandırılmasına inanır. Həmin kəs filosofların kafirlikdə təqsirləndirildiyini gördükdə filosoflara haqq qazandırır və özü də dinsiz olur.
Mütəkəllimin nəzərində riyaziyyatın dinə ikinci zərəri bundan ibarətdir ki, islamın cahil dostu (hənbəli fəqih) dinə kömək göstərməyi fəlsəfi fənlərin inkarında görür. O, hətta filosofların dedikləri real hadisələrə də islam adından qarşı çıxır. Nəticədə cahil fəqihin sözünə dini müddəa kimi baxıldığından fəlsəfəyə rəğbət, dinə isə nifrət yaranır.
Qeyd etmək lazımdır ki, bu dövrdə Şərqdən fərqli olaraq Qərbdə yalız dini elmlər öyrənilirdi. Dünyəvi elmlər qadağan olunmuşdu, elmi fəlsəfə mövcud deyildi. XI əsrin sonlarmda İspaniyanın Toledo şəhərinin işğalından (1085), Siciliyanın tam tutulmasından (1091) və Yerusulimin süqutundan (1099) sonra avropalılar ərəbdilli elmləri öyrənmək imkanı qazandılar. Riyaziyyat və astronomiya elmləri Avropaya məhz İspaniya vasitəsilə keçmişdir. XI-XII əsrlərdə yəhudi alimləri dünyəvi elmlərə və fəlsəfəyə dair bir sıra mühüm traktatları ərəb dilindən latın dilinə çevirib Avropa ölkələrində yaymışlar.
Maraqlıdır ki, o dövrdə Hindistanda dünyəvi elmlər tərəqqi etsə də dünyagörüşü elmə yox, dinə əsaslanmışdır. Əbureyhan Biruninin xəbər verdiyi kimi, brahman inkvizisiyası hind mütəfəkkirlərini öz kəşflərinə dini boya verməyə məcbur edirdi.
Beləliklə, XI-XII əsrlərdə bəşər fəlsəfəsi tarixi Azərbaycan, ümumiyyətlə, müsəlman Şərqi filosoflarının sayəsində elmi fəlsəfədən xali olmamışdır. XII əsrdə Şərq peripatetizmi, panteizm və işraqilik dünya fəlsəfi fikrinin inkişafında zirvələrdir.



Oxunub: 472257



Azərbaycan Televiziyaları
İnternet Radio