Baş səhifə    » İQTİSADİYYAT    » Azərbaycan Respubkilasının büdcə sistemi   

Azərbaycan Respubkilasının büdcə sistemi

  


Azərbaycan Respublikasında büdcə sistemini Azərbaycan Respublikasının dövlət büdcəsi, Naxçıvan Muxtar Respublikasının büdcəsi və yerli büdcələr təşkil edir. Büdcə sistemi bu sistemə daxil olan büdcələrin vahid prinsiplər əsasında fəaliyyətinə və onların müstəqilliyinə əsaslanır. Büdcə sisteminin vahidliyi tənzimləyici mədaxil mənbələrindən istifadə etmək, məqsədli büdcə fondları yaratmaq, maliyyə ehtiyatlarını müxtəlif səviyyəli büdcələr arasında bölüşdürmək vasitəsilə büdcələrin qarşılıqlı əlaqəsinə əsaslanır. 
Büdcə sisteminin vahidliyi eyni büdcə təsnifatı, büdcə sənədləri və formalarından istifadə olunması, büdcələrin icrasına dair müntəzəm hesabatın və icmal büdcə hesabatının hazırlanması və qanunvericiliklə müəyyən olunmuş qaydada təqdim edilməsi yolu ilə təmin edilir. Büdcələrin müstəqilliyi mövcud qanunvericiliyə uyğun olaraq mədaxil mənbələrinin və vahid büdcə təsnifatı çərçivəsində xərclərinin istiqamətlərini müəyyənləşdirmək hüququnun olması ilə təmin edilir.
Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. Azərbaycan Respublikasının dövlət büdcəsi mərkəzləşdirilmiş gəlir və xərclərdən, yerli gəlir və xərclərdən ibarətdir.
Naxçıvan Muxtar Respublikasının büdcəsi Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Konstitusiyaları ilə, bu Qanunla və digər qanunvericilik aktları ilə müəyyən edilir. Naxçıvan Muxtar Respublikasının büdcəsi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş dövlət vergiləri, digər ödənişlər, həmin vergi və ödənişlərə görə hesablanmış faiz və sanksiyalar, habelə digər daxilolmalar hesabına formalaşır. Naxçıvan Muxtar Respublikasının büdcəsinin vəsaiti Muxtar Respublikasının sosial və iqtisadi inkişafı, əhalinin rifahının yaxşılaşdırılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə istifadə edilir.
Yerli büdcə bələdiyyə statusuna uyğun olaraq özünüidarəetmə prinsiplərini reallaşdırmaq, bələdiyyələrin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilmiş səlahiyyətlərini həyata keçirmək üçün formalaşan və istifadə olunan maliyyə vəsaitidir. Yerli büdcənin tərtibi və icrası büdcə sisteminin qanunvericilklə müəyyən edilmiş ümumi prinsipləri əsasında və Azərbaycan Respublikasında tətbiq olunan büdcə təsnifatına uyğun olaraq həyata keçirilir.

Azərbaycan Respublikasının büdcə sisteminin sxemi:

Dövlət Büdcəsinin gəlirlərinin konkret mənbələrini aşağıdakı cədvəldə görmək olar:

Gəlirlərin mənbələri

1

Fiziki şəxslərin gəlir vergisi

2.

Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi

3.

Əlavə dəyər vergisi

3.1

Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi

4

Aksiz

4.1.

Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə aksiz

5

Hüquqi şəxslərin əmlak vergisi

6.

Hüquqi şəxslərin torpaq vergisi

7.

Yol vergisi

7.1

xarici dövlətlərin avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi

8.

Mədən vergisi

9

Sadələşdirilmiş vergi

 10

Gömrük rüsumları

11

Dövlət rüsumu

12

Dövlət mülk.də olan torpaq+ın icarəyə verilməsindən icarə haqqı   

 

13.

Vergi olmayan sair gəlirlər     

14.

Dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən

daxilolmalar

  15

Xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlər üzrədaxilolmalar

16.

Səhmlərində dövlətin payı olan banklardan və digər kredit təşkilatlarından alınan dividendlər

17.

Azərbaycan Respublikasının dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə daxilolmalar

18.

Qeyri-maliyyə dövlət müəssisələrindən alınan dividendlər

19

Dövlət Neft Fondundan daxilolmalar

20

Büdcədən verilmiş kreditlər üzrə daxilolmalar

21

Təkrar borc sazişləri üzrə daxilolmalar

22

Aksiz markalarının satışından daxilolmalar

23.

Ciddi hesabat blanklarının satışından daxilolmalar

24

Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar

25

Vahid xəzinə hesabının qalığının (sərbəst qalığın)

idarəetməyə verilməsindən daxilolmalar




Oxunub: 498186



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on