Baş səhifə    » İQTİSADİYYAT    » Maşınqayırma   

Maşınqayırma

  



Maşınqayırma kompleksi bir-biri ilə qarşılıqlı əlaqədə olan energetika, elektrotexnika, radioelektronika, cihazqayırma, dəzgahqayırma, nəqliyyat, kənd təsərrüfatı t və s. maşınqayırma sahələrini əhatə edir. Sənaye sahələri arasında maşınqayırma istehsal edilən məhsulun dəyərinə işçilərinin sayına görə 1-ci yeri tutur. 
Son illərə qədər Azərbaycanda maşınqayırmanın — neft maşınqayırması sahəsi üzrə ixtisaslaşmışdır. O, bu sahə üzrə istehsal olunan ümumi məhsulun 1/4-ni verir. Neft maşınqayırmasında ən iri müəssisələrdən biri «Başneftkimmaş Birliyi»dir. Bu müəssisə hazırladığı məhsulu 40 ölkəyə ixrac edir.
Sahil qəsəbəsində yerləşən Bakı Dərin Dəniz Özülləri Zavodunda hazırlanan stasionar platformalar Xəzərin 200-300 m-ə qədər dərinliyində quyu qazmağa imkan verir. Azərbaycanın neft maşınqayırmasına aid digər iri müəssisələri — Səttərxan adına Maşınqayırma zavodu, Keşlə maşınqayırma Zavodu, Binəqədi gil və poladtökmə Zavodlarıdır.
Bakıda Poladtökmə Zavodu tikildikdən sonra Azərbaycan xaricdən daha tökmə polad almır.
Son illər Azərbaycanda neft maşınqayırmasından başqa elektrotexnika, cihazqayırma, radioelektronika kimi daha yeni sahələri inkişaf edib.
Elektronika sahəsi yüksək ixtisaslı kadrlar və xammal tələb edir. Azərbaycandakı ən iri elektrotexnika müəssisələri bunlardır: Bakıda-kondisionerlər, soyuducular, akkumulyator, lampa, transformatorlar hazırlayan zavodlar, Şamaxıdakı «Star» televizor, Mingəçevirdə kabel zavodu; Salyanda su qızdırıcıları (kalonka) zavodu. 
Radioelektronika zavodlarına Bakıda — E.H.M zavodu, Bakı radio, «Nord», «Azon» və s. zavodları aiddir.
Nəqliyyat maşınqayırmasına — avtomobil və gəmiqayırma zavodları aiddir. Bakıdakı Gəmiqayırma Zavodunda — kiçik yedək gəmiləri düzəldilir. 
Bakıdakı Avtomobil Zavodunda yük və sərnişin maşınları buraxılır. Gəncədəki Avtomobil Zavodunda «Oka» avtomobilləri və «Belorus» traktorları istehsal olunur. Şamaxıdakı Avtomobil Zavodunda isə «Azsamand» və «Aziz» minik avtomobilləri yığılır.
Azərbaycan maşınqayırmasının son nailiyyəti kimi 2010-ci ildə Naxçıvan Avtomobil Zavodunun istismara verilməsini göstərmək olar. Bu zavodda “Lifan” markalı minik avtomobilləri istehsal olunur. 
Mingəçevir və Zəyəmdə isə kənd təsərrüfatı maşınları hazırlanır. 
Azərbaycanda maşınqayırma üzrə mütəxəssislər Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft Akademiyası-da hazırlanırlar.
22 mart 2001-ci il tarixli 649 saylı Prezident Sərəncamı ilə "Azneftkimyamaş" Dövlət Şirkətinin bazasında eyniadlı Açıq Səhmdar Cəmiyyəti yaradıldı. Bununla Azərbaycanın Neft Maşınqayırma Sənayesi yeni bir mərhələyə qədəm qoydu. Cəmiyyətin müəssisələrində hazırda 100-ə yaxın çeşiddə, 600-dən artıq tip-ölçüdə geoloji-kəşfiyyat, qazma, neftçıxarma, quyuların təmiri və mədənlərin abadlaşdırılması üçün maşın və avadanlıqlar, alətlər və ehtiyat hissələri, habelə kimya sənayesi, kənd təsərrüfatı və digər sahələr üçün müxtəlif məhsullar istehsal edilir. 
Hazırda 11 zavod və 2 institut İSO 9001-2000 sertifikatının tələblərinə uyğun olaraq istehsal edilən avadanlığın keyfiyyətinin idarə edilməsi menecmentini müvəffəqiyyətlə həyata keçirir. Eyni zamanda neft-qaz avadanlıqlarının böyük qismi Amerika Neft İnstitutunun (APİ) spesifikasiyalarına uyğun istehsal edilir.
Azərbaycanda hərbi sənaye kompleksinə Müdafiə Sənayesi Nazirliyinin müəssisələri daxildir. Nаzirliyin müəssisələri istehsal etdikləri məhsul çeşidlərinə görə aşağıdakı sənaye sahələrinə aiddirlər:
"İqlim" Elmi-İstehsalat Müəssisəsi, "Avia-Aqreqat" zavodu, "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsi, "Dalğa" Elmi-İstehsalat Müəssisəsi və "Alov" zavodu aviasiya və gəmilər üçün avadanlıqlar istehsal edən iri müəssisələrdəndir. 
Bakı "Radioquraşdırma" zavodu, "Azon", "Peyk" və "EHM" zavodları rabitə və radioelektronika məhsulları istehsal edir. 
"Neftqazavtomat" Elmi-İstehsalat Müəssisəsi, "Telemexanika" zavodu və Bakı "Cihazqayırma" zavodu neftqazçıxarma, neft emalı və kimya müəssisələri üçün cihazlar və texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemləri istehsal edir.
"Avtomatik xətlər" Elmi-İstehsalat Müəssisəsi elektrotexnika, maşınqayırma məhsulları və qeyri-standart avadanlıqlar istehsal edir.
Təkcə 2010-cu ildə Müdafiə Sənayesi Nazirliyinin zavodları müdafiə təyinatlı 350 adda məhsul istehsal etmişdir.



Oxunub: 277525



Azərbaycan Televiziyaları
İnternet Radio