Baş səhifə    » SON 10 İL    » Əlverişli biznes mühiti   

Əlverişli biznes mühiti

  


Biznesə başlama prosedurlarının sadələşdirilməsi üçün zəruri tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin "Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında" 25 oktyabr 2007-ci il tarixli Sərəncamı verildi. 
"Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli Sərəncamına uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadə etdikləri yanacağın, motor yağının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi kənd təsərrüfatı istehsalına güclü təkan verdi. Ölkədə aparılan aqrar siyasətin tərkib hissəsi kimi lizinq münasibətlərinin inkişafı məqsədilə yaradılmış "Aqrolizinq" ASC müxtəlif bölgələrdə kənd təsərrüfatı məhsulları istehsalçılarına sifarişlər əsasında müxtəlif aqrotexniki xidmət göstərirdi. Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsindən vəsaitin ayrılması və vergi güzəştlərinin tətbiqi nəticəsində hesabat dövrü ərzində məhsul istehsalının nominal dəyəri 2,4 dəfə artdı.



Oxunub: 87011