Baş səhifə
» SON 10 İL
» Tikinti sektorunun inkişafı
Tikinti sektorunun inkişafıXXI əsrin əvvəllərində tikinti sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində ölkədə inşaat işləri geniş vüsət almış, bu gün də qiymətli memarlıq abidələri kimi qorunan onlarla yaşayış binası və sosial obyekt istifadəyə verilmişdir. Son illərdə ölkədə təqribən 220 min yerlik 755 yeni məktəb binası tikilmiş, 344 məktəb binası əsaslı təmir edilmiş, müasir avadanlıqla təchiz olunmuş onlarla diaqnostika mərkəzi və digər səhiyyə obyektləri, dünya və Avropa standartlarına tam cavab verən olimpiya-idman kompleksləri, yüzlərlə çoxmərtəbəli yaşayış binası istifadəyə verilmişdir. Son 3 ildə Bakıda 13 yol qovşağının, 23 piyada keçidinin tikilib istifadəyə verilməsini, 9 piyada keçidinin əsaslı təmir olunmasını, ümumiyyətlə, ölkədə 77 avtomobil körpüsü və yol ötürücüsünün, onlarla avtomobil yolu və yol qurğusunun istismara verilmişdir.
|