Baş səhifə    » SON 10 İL    » Qaçqın və köçkünlərə yardım   

Qaçqın və köçkünlərə yardım

  


2007-ci ilin dekabr ayında sonuncu çadır şəhərciyi, ümumiyyətlə isə 12 çadır şəhərciyi ləğv edildi.Bütün bunlar dövlət proqramının icrasından qaçqın və məcburi köçkünlərin maksimal dərəcədə faydalandığını göstərmiş oldu. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, daim dövlət qayğısının göstərildiyi qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün qeyd olunan proqramın icrası zamanı Dövlət Neft Fondundan 464 milyon manatdan çox vəsait xərclənməklə 54 yeni qəsəbə salındı, 15 mindən çox ev tikildi.Ümumilikdə isə qeyd olunan dövlət proqramında müxtəlif sahələri əhatə edən 714 tədbir icra olundu ki, bunun da 46-sı makroiqtisadi sabitliyin və davamlı inkişafın təmin edilməsi, 668-i isə 9 iqtisadi rayon və inzibati rayonlar üzrə tədbirlər olub. İqtisadi və inzibati rayonlar üzrə tədbirlərin 159-u Aran, 98-i Şəki-Zaqatala, 90-ı Gəncə-Qazax, 82-si Lənkəran, 81-i Quba-Xaçmaz, 57-si Naxçıvan, 42-si Dağlıq Şirvan, 36-sı Abşeron və 23-ü Yuxarı Qarabağ iqtisadi rayonlarının payına düşüb. Qeyd olunan proqram və sərəncamların icrasını daim nəzarətdə saxlayan Prezident İlham Əliyev görülən işlər, onların nəticələri ilə yerində tanış olmaq üçün hesabat dövrü ərzində regionların bütün rayonlarını əhatə etməklə 127 səfər edib, o cümlədən 6 dəfə Naxçıvan Muxtar Respublikasında olub, yerlərdə görülən işlərlə bağlı tapşırıq və tövsiyələrini verib, ölkəmizin inkişafı üçün mühüm əhəmiyyəti olan 500-dək müəssisə və obyektin təməlqoyma və açılış mərasimlərində şəxsən iştirak edib.2004-cü ildə regionların inkişafına dair tərtib olunan dövlət proqramı icra olunduğu müddət ərzində daim təkmilləşdirilib və bu səbəbdən proqram daha böyük həcmdə icra olunub. Belə ki,  2004-cü ildə proqram qəbul olunanda ona daxil edilməyən bəzi məsələlərin həlli istiqamətində də ciddi uğurlar əldə olunub və beləliklə, proqramda nəzərdə tutulduğundan daha çox iş görülüb.



Oxunub: 125197