Baş səhifə
» SON 10 İL
» Səhiyyə islahatları
Səhiyyə islahatlarıAzərbaycanda ötən 10 ilə yaxın dövr ərzində iqtisadi irəliləyiş, dövlətin iqtisadi potensialının artması ölkədə səhiyyənin inkişafına və əhalinin sağlamlığının qorunması problemlərinin davamlı həllinə nail olmağa imkan yaradıb. Ölkə rəhbərliyi tərəfindən müəyyən edilən uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi səhiyyənin inkişafını, əhalinin dünya strandartlarına uyğun tibbi yardımla təmin olunmasını təmin etmək üçün genişmiqyaslı islahatlar həyata keçirilir. Bu sahəyə hər il böyük həcmdə investisiyalar yatırılmaqdadır. Səhiyyəyə ayrılan büdcə vəsaiti son 10 il әrzində 10 dәfədən çox artıb. Bu dövrdə böyük әksəriyyəti respublikanın bölgәlәrində olan 500-dәn artıq tibb müәssisəsinin tikintisi və ya әsaslı tәmiri hәyata keçirilib, tibb müəssisәlәrinin hamısı müasir texnika və avadanlıqla tәchiz olunub.Bu dövrdə səhiyyə sahəsinə dövlət tərəfindən ayrılan vəsaitin həcmi 11 dəfə artıb. Yolxucu xəstəliklərlə mübarizə işində əhəmiyyətli nəticələr əldə olunub, bu sahə praktik səhiyyənin prioritet istiqaməti kimi daim diqqət mərkəzində saxlanılmaqdadır. Həyata keçirilən tədbirlər sayəsində Azərbaycanda uşaq ölümünün kəskin şəkildə aşağı düşmüş, həmçinin ana və uşaq ölümünün səviyyəsi bir neçə dəfə aşağı salınıbdır. SƏHİYYƏDƏ İSLAHATLAR VƏ BEYNƏLXALQ TƏŞKİLATLARLA ƏMƏKDAŞLIQ İslahatların gedişi Dünya Bankının xüsusi missiyası tərəfindən izlənilir və nəticələrlə bağlı müsbət rəylər verilir. Həmçinin səhiyyə sistemində aparılan islahatlar Avropa Komissiyasının Azərbaycana dair Yaxın Qonşuluq Siyasəti təşəbbüsü çərçivəsində hazırlanan tərəqqi hesabatlarında son bir neçə ildir ki, davamlı olaraq müsbət rəylə qiymətləndirilir. SAĞLAMLIĞIN QORUNMASINI GÜCLƏNDİRƏN TƏDBİRLƏR -dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitlərin məbləği əvvəlki illərlə müqayisədə 10 dəfədən çox artıb; -səhiyyə obyektlərinin tikintisi, təmiri, bərpası və yenidən qurulması üçün xeyli miqdarda vəsait ayrılıb; -özəl səhiyyə xidməti inkişaf edib, səhiyyənin maddi-texniki təminatı möhkəmləndirilib; MƏCBURİ TİBBİ SIĞORTA Səhiyyə sistemində aparılan islahatların mühüm istiqamətlərindən biri də Azərbaycanda əhali arasında məcburi tibbi sığortanın tətbiq edilməsi yönündə aparılan işlərdir. Bu məqsədlə son illərdə beynəlxalq praktika öyrənilir, qanunvericilik bazası hazırlanır. Məcburi tibbi sığorta sisteminə əsasən pensiyaçılar üçün tibbi sığorta haqqını Dövlət Sosial Müdafiə Fondu, işləməyən vətəndaşlar və sosial yardım alanlar üçün isə dövlət ödəyəcək. Nəticədə ölkə əhalisinin bütün təbəqələrini tibbi sığorta xidmətləri şəbəkəsinə cəlb etmək mümkün olacaq. GƏLƏCƏK İNKİŞAF PROQRAMI ÇƏRÇİVƏSİNDƏ GÖRÜLƏCƏK TƏDBİRLƏR Səhiyyə sistemində islahatların davam etdirilməsi, ölkə əhalisinin keyfiyyətli və əlverişli şərtlərlə tibbi xidmətlə təmin olunması “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında xüsusi yer tutur. Konsepsiyada Səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni tibb müəssisələrinin tikintisi, əsaslı təmiri və yenidən qurulması, onların ən müasir tibb avadanlıqları ilə təchiz edilməsi, səhiyyə islahatlarının planlı şəkildə davam etdirilməsi nəzərdə tutulub. Bundan əlavə, dövlәt tәrәfindәn sosial xəstəliklәrlə (diabet, hemofiliya, talassemiya, onkoloji xәstәliklər, immunoprofilaktika, hemodializ, vәrәm, QİÇS vә s.) mübarizә, sanitariya maarifi işi, narkomaniya və alkoqolizmlə mübarizə üzrə müxtəlif dövlət proqramları vasitәsilə həyata keçiriləcәk. Azərbaycanda əhalinin sağlamlığının qorunmasına və səhiyyə xidmətlərinin dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatdırılmasına yönələn dövlət siyasəti ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm elementlərindən biridir. Belə ki, sağlam insan və güclü səhiyyə uzunmüddətli, dayanıqlı inkişafı təmin etmək üçün insan resurslarına nail olmağa imkan verir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində insan amili dayandığını səhiyyədəki islahatlar bir daha təsdiq etmişdir.
|