Baş səhifə    » TARİX    » Azərbaycan xanlıqları    » Qaradağ xanlığı   

Qaradağ xanlığı

  

1748-ci ildə yaranıb. Ərazisi Lənkəran, Ərdəbil, Təbriz, Xoy, Naxçıvan, Qarabağ və Cavad xanlıqları ilə həmsərhəd olub. Mərkəzi Əhər şəhəri olan xanlıq Unqut, Kərmədüz, Çələbiyan, Keyvan, Arazbar, Dizmar, Üzümdil, Həsənob, Kələybər, Hüseyneyli, Yaft, Qaracurru, Dodangə, Çardangə, Diklə, Bədbostan, Horat mahallarına bölünürdü. Qaradağ xanlığı bir müddət Qarabağ xanlığının siyasi asılılığına düşüb. 1761-ci ildə Kərim xan Zəndə, 1791-ci ildə Ağa Məhəmməd xan Qacara tabe olub. 1813-cü il müqaviləsinə görə Qacar dövlətinin tərkibinə qatılıb. 1828-ci ildə xanlıq ləğv olunub.

Hakimiyyətdə olan xanlar:
1748-1752 Kazım xan





Oxunub: 70223