Baş səhifə
» TARİX
» Azərbaycan xanlıqları
» İrəvan xanlığı
İrəvan xanlığı1747-ci ildə yaranıb. Ağrıdağ düzənliyini, Göyçə gölünün cənub və şərq sahillərini, Araz çayının qərbini əhatə edirdi. İrəvan xanlığı Qarabağ, Gəncə, Maku, Naxçıvan xanlıqları, Qazax sultanlığı, Osmanlı imperiyası və Kartli-Kaxetiya çarlığı ilə həmsərhəd olub. İnzibati baxımdan 15 mahala bölünürdü: Qırxbulaq, Zəngibasar, Qarnibasar, Vedibasar, Şərur, Seyidli-Ağsaqqallı, Gərni, Abaran, Dərəçiçək, Göyçə, Sürməli, Dərəkənd-Parçenis, Saatlı, Talın və Sərdarabad. İrəvan xanlığı 1827-ci ildə Rusiya tərəfindən işğal olunub.
Hakimiyyətdə olan xanlar: 1747-1752 Mir Mehdi xan Əfşar 1752-1755 Xəlil xan Özbək 1755-1759 Həsənəli xan Qacar 1759-1783 Hüseynəli xan Qacar 1783-1784 Qulaməli xan Qacar 1784-1805 Məhəmməd xan Qacar 1796-1797 Əliqulu xan Qacar 1797 iyun-sentyabr Həsən xan Bayat 1805- 1806 Mehdiqulu xan Qacar 1806-1827 Hüseynqulu xan Qacar
|