Baş səhifə
» TARİX
» Azərbaycan xanlıqları
» Qarabağ xanlığı
Qarabağ xanlığı1748-ci ildə yaranıb. Əsası Pənahəli xan Cavanşir tərəfindən qoyulub. Xanlıq cənubdan Qaradağ xanlığı, cənub-qərbdən Naxçıvan xanlığı, şimaldan Şəki və Şamaxı xanlıqları, şimal-qərbdən Gəncə xanlığı, qərbdən İrəvan xanlığı və şərqdən isə Cavad xanlığı ilə həmsərhəd idi. Xanlığın mərkəzi Şuşa şəhəri idi. İnzibati baxımdan 21 mahala bölünürdü (Çalbayır, Kəbirli, Cavanşir, Zəngəzur, Mehri, Bərgüşat, Qafan, Qaraçarlı və s.). Qarabağ xanı İbrahimxəlil xan Azərbaycan torpaqlarını birləşdirməyə çalışıb. Qarabağ xanlığı 1805-ci ildə Rusiyaya ilhaq edilmiş, 1822-ci ildə xanlıq çar fərmanı ilə ləğv olunub.
Hakimiyyətdə olan xanlar: 1748-1763 Pənahəli xan 1763-1806 İbrahimxəlil xan
|