Baş səhifə
» TARİX
» Azərbaycan xanlıqları
» Lənkəran xanlığı
Lənkəran xanlığı1747-ci ildə yaranıb. Əsası səfəvi nəslindən olan ərdəbilli Seyid Abbas tərəfindən qoyulub. Mərkəzi əvvəl Astara, sonra Lənkəran şəhərləri olub. Ərdəbil, Qaradağ, Cavad, Salyan xanlıqları, Xəzər dənizi və Gilan vilayəti ilə həmsərhəd idi. Xanlıq Asalim, Gərqənrud, Astara, Vilgic, Zuvand, Çayiçi, Lənkəran, Driğ, Uluf, Ərkivan, Ucarud və Səfidəşt mahallarına bölünürdü. Xanlıq 1800 ildə Rusiyanın nüfuz dairəsinə düşmüş və 1826-cı ildə çar fərmanı ilə ləğv edilmişdi.
Hakimiyyətdə olan xanlar: 1747-1786 Cəmaləddin Mirzə bəy (Qara xan) 1787-1814 Mir Mustafa xan 1814-1826 Mir Həsən xan
|