Baş səhifə
» MUSİQİ
» Klassik musiqi
» Xor musiqisi
Xor musiqisi- soprano, alto (qadın səsləri) - tenor və bas (kişi səsləri). Xor kollektivində hər qrup öz-özlüyündə bir neçə partiyaya ayrıla bilər. Qarışıq xorda ən azı 12 (hər qrupda 3 nəfər), ən çoxu 100-120 müğənni olur. Eyni zamanda xorun akapella və instrumental müşayiətli növləri vardır. Xor üçün nəzərdə tutulan musiqi əsərləri aşağıdakılardır: müstəqil əsər, yaxud opera, messa oratoriya və ya kantatanın bir hissəsi. Azərbaycan xor musiqisinin inkişafında əhəmiyyətli rol oynamış Cahangir Cahangirov (1921-1992) “Arazın o tayında” vokal-simfonik poemasının, “Füzuli” və “Nəsimi” kantatalarının, “Sabir” və “Hüseyn Cavid-59” oratoriyalarının müəllifidir. O, həmçinin “Azad” və “Xanəndənin taleyi” operaları, dram tamaşaları, kinofilmlərə musiqi, müxtəlif instrumental əsərlər bəstələmişdir. Azərbaycan Dövlət Xor Kapellası (ADXK) - Respublikanın aparıcı musiqi kollektivlərindən biridir. Azərbaycan Dövlət Flarmoniyasının (ADF) nəzdində 1966-cı ildə yaradılmışdır. Kapellanın yaranma tarixi uzun illər boyu kollektivə rəhbərlik etmiş əməkdar incəsənət xadimi, xormeyster Eduard Novruzovun adı ilə bağlıdır. 1996- cı ildən bu günə qədər Azərbaycan Dövlət Xor Kopellasının (ADXK) bədii rəhbəri və baş dirijoru xalq artisti Gülbacı İmanovadır. Xorun repertuarı Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarətdir, o cümlədən, muğamlar əsasında bəstələnmiş C. Cahangirovun “Füzuli” kantatası, “Azad” operasından “Çahargah” xoru, N. Əliverdibəyovun “Bayatı-Şiraz” və s. xor kompozisiyaları Azərbaycan Dövlət Xor Kapellasının (ADXK) repertuarında görkəmli yer tutur.
|