Baş səhifə    » İNCƏSƏNƏT    » Xalq sənətkarlığı    » Təkəlduz   

Təkəlduz

  



Özünəməxsus dekorativ sənətlərdən biri də təkəlduzdur. XIX əsrdə təkəlduzçuluğun mərkəzi Azərbaycanın qədim diyarı Şəki şəhəri olmuşdur. 
Təkəlduzçuluq üçün əsas material qismində yerli və ya xaricdə istehsal olunan qırmızı, qara və tünd göy rəngli məxmər və mahud işlədilirdi.
Hərfi mənada "tək əllə düz" mənasını verən bu işlə əvvəllər daha çox kişilər məşğul olardılar. Belə ki, uzaq səfərdə və ya həbsxanalarda olanlara evlərinə məktub yazmağa icazə verməyəndə təkəlduzdan istifadə ediblər. Bu tikiş növündə hər bir bəzək hansısa söz birləşməsini ifadə etdiyindən, bir neçə işarə ilə geniş cümlələri öz ailələrinə "yazıb" göndərə biliblər. Qədim el sənəti olan təkəlduz qara məxmərin, yun parçanın üzərində yalnız bir əllə toxunur. Amma qobelen üslubunda olan tikmələr kətan parçaların üzərində işlənir. Təkəlduz incəlik və vaxt tələb edən sənətdir. Bəzən bir əsər 3-4 aya başa gəlir. İşləmələrdə ipək saplardan istifadə olunur. Əsasən araxçınlar, çantalar, balınc üzləri, süfrələr hazırlanır.



Oxunub: 405162



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on