Baş səhifə    » İNCƏSƏNƏT    » Xalq sənətkarlığı    » Şəbəkə   

Şəbəkə

  



XVIII əsrdə inşa edilmiş Şəki Xan sarayının pəncərələrindəki zərif şəbəkə bu sənətin ən gözəl nümunəsidir. Sarayda oynaq, əlvan çalarlara malik gözəl şəbəkə kompozisiyaları iki əsr öncə olan görünüşünü saxlamaqla bu gün də öz parlaqlığı ilə buraya gələn çoxsaylı turistlərin marağına səbəb olur.
Şəbəkə sənəti memarlıqla sıx bağlı olduğundan, əsasən monumental xarakter daşıyır. Şəbəkə eyni zamanda dekorativ-tətbiqi sənətlərin xüsusi vərdiş, təcrübə və texnologiya tələb edən çətin sahələrindən biridir. Şəbəkənin özəlliyi ondan ibarətdir ki, fiqurlarda yapışqan və mismardan istifadə olunmur. Taxtadan hazırlanan və rəngli şüşə ilə bəzədilən bu cür çərçivələr qapı və pəncərə yerinə istifadə edilir. Adətən şəbəkə ustaları ənənəvi təbiət ornamentlərinə üstünlük verirlər.
Hazırda Azərbaycanda nəinki abidələrin bərpasında, hətta yeni tikililərdə də şəbəkədən çox istifadə olunur. Otellər, abidələr üçün sifarişlər də şəbəkə ustaları tərəfindən qəbul olunur.
Bakıda Təzəbəy hamamındakı şəbəkə işləri usta Soltanın əməyidir.
Şəkinin tanınmış şəbəkə ustalarından biri də Tofiq Rəsulovdur. O, bu peşəni atasından öyrənib və bu günə qədər bu sənətlə məşğuldur.



Oxunub: 197583



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on