Baş səhifə    » HEYKƏLTƏRAŞLIQ    » Heykəltəraşlar    » Aslan Rüstəmov   

Aslan Rüstəmov

  


Aslan Rüstəmov (1932)

1962-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
1958-ci ildən etibarən Albert Mustafayev və Qorxmaz Sücəddinovla birlikdə hazırda Funiklyorun qarşısındakı “Əjdahanı öldürən Bəhram Gur” fəvvarəsinin layihəsini hazırlayıb. Aslan Rüstəmov Şamaxıda Seyid Əzim Şirvaninin qranit monumenti, Ulyanovsk və Almaniyada Nəriman Nərimanovun abidəsinin (1977) yaradıcısıdır.
Aslan Rüstəmovun oğlanları - Teymur və Mahmud Rüstəmovlar da müasir Azərbaycan heykəltəraşlığının nümayəndələrindirlər. Aslan Rüstəmovun qardaşı Cahangir Rüstəmov da Azərbaycanın tanınmış rəssamlarındandır. Hazırda Bakıda Ukrayna dairəsində yerləşən Heydər Əliyevin abidəsi, Xocalı qurbanlarına ucaldılmış monument, bəstəkar Vasif Adıgözəlovun abidəsi heykəltəraş Rüstəmovların (ata və oğul) əl işləridir.



Oxunub: 601487



Azərbaycan Televiziyaları
İnternet Radio