Baş səhifə
» FOLKLOR
» Folklor örnəkləri
» Layla və oxşamalar
Layla və oxşamalar Laylalar Laylalar beşik başında anaların xüsusi ritm və ahənglə zümzümə etdiyi nəğmələrdir və buna görə də bəzən beşik nəğməsi də adlanır. Laylalarda ananın körpəyə olan məhəbbəti, onun övladı ilə bağlı arzu və istəkləri yüksək poetik bir dillə tərənnüm edilir. Laylalar əsasən dörd misradan ibarət olub yeddilik şeirin tələbinə uyğundur: Hər arzum, hər diləyim, Dar gündə, bəd ayaqda Sənsən mənim köməyim. Balam, laylay, a laylay Gülüm, laylay, ay laylay. Oxşamalar Oxşamalar uşağı oxşatma, əyləndirmək məqsədilə söylənən və uşaqların zövqünü, düşüncəsini oxşayan mətnlərdir. Oxşamalar körpənin lap kiçik vaxtlarında, hələ özləri hərəkət edib, deyib-gülə bilmədikləri vaxtlarda söylənilir. Misallar: ...Ay tanrı bundan beş dənə ver, Göydə uçan quşlara ver. Qarımış, qaralmışlara Evində qalmışlara ver. ... Dağda darılar, Sünbülü sarılar Qoca qarılar Bu balama qurban.
|