Baş səhifə
» FOLKLOR
» Folklor örnəkləri
» Atalar sözü və məsəllər
Atalar sözü və məsəllərAtalar sözü və məsəllər xalqın tarixən sınaqdan çıxardığı həyat müşahidələrinin bədii ifadəsidir. Formaca kiçik, lakin zəngin məzmun çalarına malik olan bu janrın özünəməxsus tələbləri var. Atalar sözündə hökm qəti şəkildə təsdiqlənir. Xalq arasında atalar sözü və məsəllər qanadlı sözlər, ibrətamiz ifadələr və başqa adlar altında yayılmışdır. Atalar sözləri aşağıdakı kimi təsnif olunur: Əmək haqqında yaranmış atalar sözü və məsəllər Əməyin insan üçün sağlamlıq, şərəfli iş olması barədə yaranmış atalar sözləridir: “İş insanın cövhəridir”, “İşləyən dəmir işıldar”, “Atlar işlər, ər öyünər”, “Əkəndə əkməyən xırmanda ağlar” və s.. Vətən, dostluq və səadət haqqında yaranmış atalar sözü və məsəllər Vətənpərvərlik, etibarlılıq, xoşbəxtlik barədə yaranmış atalar sözləridir: “El bir olsa dağ oynadar yerindən”, “Elə arxalananın kürəyi yerə dəyməz”, “El sevəni el sevər”, “Dost yaman gündə tanınar”, “Dostun atdığı daş baş yarmaz” və s. Əxlaq-tərbiyə və gözəllik haqqında yaranmış atalar sözü və məsəllər Yüksək əxlaqi keyfiyyətləri tərənnüm edən atalar sözləridir: “Doğruya zaval yoxdur”, “Vicdan ləkəsi silinməz”, “Böyüyün qulluğunda kiçik dayanar”, “Məhəbbətsiz ailədə izzət olmaz”, “Hər sözün qısası mətləb verər”, “Gözəllər məclisi rəvan keçər”, “Gözələ məhəbbət qəbahət olar” və s. Zülm, ədalət və qadın hüquqsuzluğu haqqında yaranmış atalar sözü və məsəllər Azadlığa meyl, zülmə, istibdada etiraz xalqın yaratdığı atalar sözü və məsəllərdə də müəyyən iz buraxmışdır: “Ağa dedi vur, sən yıx, sürü”, “Ağaya ağ olan boynuna kəfən salar”, “Qulun qadını işlək olar”, “Tatar gəldi, tüstü qalxar”, “Ərəbin gözü öz qanını içməsə doymaz”, “Nadirə anası südün haram edib”, “Zor qapıdan gələr, şər bacadan çıxar” və s.
|