Baş səhifə
» FOLKLOR
» Folklor örnəkləri
» Yanıltmacalar
YanıltmacalarYanıltmaclar uşaq nitqinin inkişafı ilə əlaqədar olaraq yaranmışdır. Bir sıra vaxtlarda yanıltmaclar qüsurlu nitqi olanların dilinin rəvanlaşmasında vasitə hesab edilirdi. Lakin sonralar yanıltmaclar sürətli nitq vərdişi aşılamaq məqsədilə də istifadə edilməyə başlamışdı. Yanıltmacları oxşar səs və söz kompleksləri təşkil edir. Müəyyən ritmə uyğun söylənən başlanğıc mərhələ sadə rəvanlığa əsaslanır, lakin birdən-birə kənar səs kompleksinin mətnə daxil olması yanıltmacın ritmini mürəkkəbləşdirir. Yanıltmaclar azsözlü və ya sadə yanıltmaclar, çoxsözlü və ya mürəkkəb yanıltmaclar olaraq iki yerə bölünür. Misallar: “Getdim, gördüm bir dərədə yeddi qara, qaşqa, təpəl, səkil keçi var. Dedim:
Ay yeddi qara, qaşqa, təpəl, səkil keçi, mənim qara, qaşqa, təpəl, səkil keçimi gördünmü? Dedi: Sənin o yeddi qara, qaşqa, təpəl, səkil keçin mənim yeddi qara, qaşqa, təpəl, səkil keçimin balasıdı” və s.
|