Baş səhifə
» FOLKLOR
» Folklor örnəkləri
» Nağıllar
Nağıllar Azərbaycan nağılları Nağıllar Azərbaycan xalq nəsrinin zəngin poetik qəlib və ölçülərini, şifahi nitqin ifadə gözəlliklərini əks etdirən, geniş həyat faktı və hadisələrini əhatə edən nümunələrindəndir. Başqa sözlə, nağıl böyük bir dövrün geniş lövhəsini və ya hər hansı bir fərdin həyatının müəyyən bir anını və ya həyatının geniş bir dövrünü əks etdirməyə imkan verən nəqletmədir. Nağıllar epik növün digər növlərindən (məsələn, lətifələrdən) sabit forma əlaməti ilə fərqlənir. Bu əlamətlərdən biri nağılın bəzən qaravəlli (buna pişrov da deyilir) adlanan və nəzm şəklində söylənilərək dinləyicilərin diqqətini cəlb edən xüsusi müqəddimə ilə başlamasıdır: Hamam, hamam içində, Xəlbir saman içində, Dəvə dəlləklik elər Köhnə hamam içində. Azərbaycan nağılları aşağıdakı kimi təsnif olunur: 1. Heyvanlar haqqında nağıllar (“Tülkü və qurd”, “Hiyləgər keçi”, “Çil madyan”, “Qoca aslan”, “Ovçu Pirim” və s.)
2. Sehirli nağıllar (“Məlikməmməd”, “Şəms və Qəmər”, “Ağ atlı oğlan”, “Sehirli üzük” və s.) 3. Ailə-məişət nağılları (“Yeddi qardaş, bir bacı”, “Usta Abdulla”, “Yetim İbrahim”, “Daşdəmirin nağılı” və s.) 4. Tarixi nağıllar (“İsgəndərin buynuzu var”, “Quş dili bilən İsgəndər”, “Baftaçı Şah Abbas”, “Saleh və Valeh” və s.)
|