Baş səhifə    » FOLKLOR    » Folklor örnəkləri    » Sınama və yasaqlar   

Sınama və yasaqlar

  

Sınamalar Azərbaycan folklorunun ən kiçik janrlarından biridir. Bu janr xalq arasında inanc, yozum, yozma, inam, yasaq adları ilə də yayılmışdır. Azərbaycanlıların inancları üç yerə bölünür:

Məişətlə bağlı inanclar
Xalqın gündəlik məişət həyatı müxtəlif inanc və etiqadlarla bağlı olmuşdur: “Çörəyi əllə kəsməzlər”, “Süfrəyə duz dağılanda dava düşər”, “Əldən çörək sıçrayanda sevinərsən” və s.

Təbiət hadisələri, bitki və heyvanat aləmi ilə bağlı inanclar
İnancların böyük qismi təbiət hadisələri, bitki və heyvanat aləmi ilə bağlı yaranmışdır: “Baltanı üzü yuxarı qoysaq, yağış kəsər”, “Tısbağanı ayağından assan, yağış yağar”, “Ay tutulanda mis qabları döyəcləyərlər”, “Gəlin köçənə yasəmən verməzlər”, “Əncir ağacını budamazlar” və s.

Astral təsəvvürlər sayəsində yaranan inanclar
Səma cisimləri, onların hərəkəti, düzülüşü və s. xalqın poetik təfəkküründə müəyyən izlər buraxmış və bununla əlaqədar müəyyən inancların yaranmasına səbəb olmuşdur: “Bəxt ulduzunu görən xoşbəxt olar”, “Ulduzu axanın ömrü sona yetər”, “Gün batan vaxtı doğulan uşaq gününü qürbətdə keçirər” və s.

Əsatiri görüşlərlə bağlı inanclar
Əsatiri görüşlərlə bağlı inanclarda su, od, torpaq kultu ilə bağlı qədim təsəvvürlər öz əksini tapmışdır: “Su içənə toxunmazlar”, “Qaynar suyu yerə atmazlar”, “Vəfat edən adamın əli açıq qalarsa, əlinə torpaq qoysan yumular” və s.



Oxunub: 496435