Baş səhifə
» İDMAN
» Beynəlxalq yarışlar
Beynəlxalq yarışlarDünyanın idman arenasında artıq özünə layiqli yer tutan Azərbaycan həm də bir çox beynəlxalq yarışlara ev sahibliyi edir. Azərbaycanda keçirilən Avropa, dünya çempionatları silsilə xarakter daşıyır. Hər il ölkədə bədii gimnastika, taekvando, güləş, boks, karate, futbol və s. bu kimi idman növləri üzrə dünya və qitə çempionatları, Olimpiya Oyunlarının lisenziya turnirləri keçirilir. Ümumilikdə son 10 ildə Azərbaycanda 300-dən çox beynəlxalq yarış keçirilmişdir. Son illərdə dünyanın idman ictimaiyyətinin diqqətini çəkən, sayca daha çox ölkə və idmançıların qatıldığı ən irimiqyaslı yarışları təqdim edirik: Yeniyetmə cüdoçuların Avropa çempionatı ![]() ![]() ![]() ![]() Hərbçilərin güləş üzrə 24-cü dünya çempionatı 2006-cı ildə Heydər Əliyev adına İdman-Konsert Kompleksində hərbçilər arasında sərbəst güləş və yunan-Roma güləşi üzrə 24-cü dünya çempionatı keçirilmişdir. Çempionatda 20 ölkənin 200-dən çox pəhləvanı mükafatlar uğrunda mübarizə aparmışdır. Sərbəst, klassik-Roma güləşi və qadın güləşçilərin dünya çempionatı ![]() Paralimpiyaçı cüdoçular arasında Avropa çempionatı ![]() Bakıda bədii gimnastika üzrə 25-ci Avropa çempionatı 2009-cu ildə Bakıda, Heydər Əliyev adına İdman Konsert Kompleksində bədii gimnastika üzrə 25-ci Avropa çempionatı keçirilmişdir. Yarışlarda dünyanın 32 ölkəsindən 186 gimnast iştirak etmişdir. Qaydasız döyüş üzrə Dünya kuboku 2009-cu il Bakı İdman Sarayında Yarışda Pankration-qaydasız döyüş üzrə üçüncü Dünya kuboku yarışı keçirilmişdir. Yarışda Azərbaycan millisi də daxil olmaqla, ümumilikdə 25 ölkədən olan 120-dən çox idmançı baş mükafat uğrunda mübarizə aparmışdır. Qılıncoynatma üzrə gənclər və kadetlər arasında dünya çempionatı ![]() qılıncoynatma üzrə gənclər və kadetlər arasında dünya çempionatı keçirilmişdir. Yarışlarda dünyanın 87 ölkəsindən 1565 idmançısı iştirak etmişdir. Bodibildinq üzrə 64-cü dünya çempionatı ![]() Gənclər arasında boks üzrə dünya çempionatı 2010-cu ildə Bakıda Sərhədçi Olimpiya İdman Mərkəzində gənclər arasında boks üzrə dünya çempionatı keçirilmişdir. Çempionatda 96 ölkədən 500 idmançı iştirak etmişdir. Sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa çempionatı 2010-cu ildə Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksində sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa çempionatı keçirilmişdir. Yarışda Azərbaycan da daxil olmaqla, 36 ölkədən 383 idmançı iştirak etmişdir. Cüdo üzrə “World Masters” beynəlxalq turnir 2011-ci ildə Bakıda reytinq xalları verən ―World Masters seriyasından beynəlxalq turnir keçirilmişdir. Turnirdə 42 ölkəni təmsil edən 300-dən çox idmançı mübarizə aparmışdır. Cüdo üzrə Dünya Kuboku 2011-ci il Bakıda, Sərhədçi İdman Olimpiya Mərkəzində 2012-ci il London Yay Olimpiyadasına lisenziya xarakterli cüdo üzrə kişilər arasında Dünya Kuboku yarışları keçirilmişdir. Boks üzrə XVI Dünya Çempionatı ![]() 2011- ci il Sentyabrın 26-dan oktyabrın 8-dək Bakı şəhərində təşkil olunan boks üzrə dünya çempionatında 113 ölkədən 570 boksçu mübarizə aparmışdır. Bu, ölkələrin və idmançıların sayına görə rekord göstəricidir. Bu çempionat həm də 2012-ci il London olimpiyadasına lisenziya xarakteri daşımışdır. Yeniyetmələr arasında sərbəst, yunan-Roma, qadın və çimərlik güləşi üzrə dünya çempionatı 2012-ci il 21-27 avqust tarixində Heydər Əliyev adına İdman-Konsert Kompleksində yeniyetmələr arasında sərbəst, yunan-Roma, qadın və çimərlik güləşi üzrə dünya çempionatı keçirilmişdir. Dünya çempionatında 41 ölkədən 850 idmançı iştirak etmişdir. 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatı ![]() “GT3 və klassik Formula 1” yarışı ![]()
|