Baş səhifə    » İDMAN    » Qılıncoynatma   

Qılıncoynatma

  


Azərbaycanda qılıncoynatma idmanı populyar olmuşdur. Uzun illər Azərbaycan qılıncoynadanları Sovet İttifaqının yığma komandasının tərkibində dünya və Avropa çempionatlarında iştirak etmişlər. Qılıncoynadan Samir İbrahimov, İlqar Məmmədov və Boris Koretski dünya və Avropa çempionu olmuşlar. 1988-ci ildə Seul olimpiadasında SSRİ yığma komandasının tərkibində iki Azərbaycan qılıncoynadanı da çıxış etmişdir. İlqar Məmmədov və Boris Koretski Seulda olimpiya çempionu adını qazanmışlar. Sonralar İlqar Məmmədov ikinci dəfə olimpiya çempionu adını almışdır. Hazırda Azərbaycan qılıncoynatma məktəbinin nümayəndəsi Yelena Jemayeva 1999-cu ildən başladığı uğurlu çıxışlarını davam etdirməkdədir. O, dəfələrlə dünya və Avropa çempionatlarının, müxtəlif beynəlxalq yarışların qalibi olmuşdur.
Sonrakı illərdə idmanın bu sahəsi bir qədər tənəzzülə uğrasa da, 2005-ci ildən etibarən yenidən bu sahəyə xüsusi diqqət göstərilir. 2010-cu ilin aprel ayında Bakıda keçirilən qılıncoynatma üzrə dünya çempionatı bu sahəyə maraq göstərənləri daha da həvəsləndirib. Azərbaycanı bu çempionatda 20-yə qədər qılıncoynadan təmsil edib.
2010-cu ildə Qılıncoynatma üzrə Bakı Kuboku uğrunda beynəlxalq turnirdə idmançılar 2 qızıl medal qazanıb. Qadınların yarışında Sevil Bünyadova bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kişilərin mübarizəsində Murad Əliyev qələbə sevinci yaşayıb.

Qılıncoynadanlar:
Aida Ələsgərova
Aysel Mirzəyeva
Azər Tağıyev
Boris Koretski
Eduard Məmmədov
Emil Kərimov
İlqar Məmmədov
Kənan Əliyev
Murad Əliyev
Nəzrin Əlizadə
Rəhim Əmirov
Samir İbrahimov
Səbinə Əmrahzadə
Sevil Bünyatova
Sevinc Bünyatova
Vüqar Ağakişiyev
Yelena Jemayeva
Yusif Budaqov 



Oxunub: 126190