Baş səhifə    » İDMAN    » Taekvando   

Taekvando

  


Taekvondo (Tae - tapdalamaq, ayaqlamaq, kvon - yumruq, do - yol və məqsəd) – idmanın ən geniş yayılmış növlərindən biridir.
Taekvandoda idmançının geyimi 2 hissədən ibarətdir: dabok və kəmər. Dabok - təmizlik rəmzidir. Dabok sözü do - həqiqi insanın həyat yoludur və bok - paltar deməkdir.
Koreyalılar bu rəngi çox xoşlayırlar. Həm də ipək Kareyada çox olduğu üçün dabok ağ rəngdədir. Taekvandoda 2 kəmər var: ağ və qara
Ağ kəmər-taekvandoya yeni gələnlər bağlayır. Qara kəmər- artıq taekvondoçu olduqdan sonra bağlayırlar. Digər kəmərlər həvəsləndirmək üçündür.
Azərbaycan Taekvondo Federasiyası 1992-ci ildə yaradılıb. Hələ o vaxtdan başlayaraq, Azərbaycan Taekvondoçuları bir çox beynəlxalq turnirlərdə iştirak etmişlər.
İdman uğurları ilə yanaşı, Azərbaycan Taekvondo Federasiyası özünün yüksək təşkilatçılıq qabiliyyəti ilə də seçilir. Bir çox mötəbər turnirlərə ev sahibliyi etmək Azərbaycana həvalə edilib. Buna bariz nümunə kimi 21-22 fevral 2004-cü il tarixlərində Afina Olimpiya Oyunlarına Avropa lisenziya turnirinin Azərbaycanda keçirilməsini və 2003-cü ildə MDB ölkələrinin I Açıq Çempionatı və 2005-ci ildə Gənclər arasında Avropa Çempionatını göstərmək olar.
Olimpiya idman növü olan Taekvondo Azərbaycanın bütün zonalarında inkişaf edir və hal-hazırda 1000 nəfərdən artıq adam taekvondo ilə məşğul olur ki, bunun da 500 nəfərdən çoxu qara kəmər sahibidir.

Taekvandoçular:
  • Ceyhun Həsənli
  • Füzuli Musayev
  • Məhəmməd Abıyev
  • Tapdıq Əkbərli
  • Toğrul Yusifov
  • Rəşad Əhmədov
  • Rza İbrahimli
  • Xəzər Əkbərli




Oxunub: 77446