Baş səhifə
» İDMAN
» Karate
KarateŞərqdə meydana gələn karate əl və ayaq hərəkətləri ilə icra olunan idman növüdür. Bu idman növü Azərbaycanda da geniş yayılmışdır. Xüsusilə karatenin əsas növlərindən olan kyokuşi, Okinava Qocyu-Ryu növü daha məşhurdur. Sovet dönəmində Azərbaycanda bu idman növü xüsusi önəm daşımasa da, müstəqillik əldə etdikdən sonra təşkilatlanma sürətləndirilmişdir. 1994-cü ildə Azərbaycanın Milli Karate Federasiyası yaradılmışdır. 1997-ci ildən Milli Federasiya dünyada ən böyük karate təşkilatı sayılan, 180 ölkəni birləşdirən və 50 milyondan çox üzvü olan ÜKF-in (Ümumdünya Karate Federasiyası) tamhüquqlu üzvüdür. Qurum EKF-ə (Avropa Karate Federasiyasına) də daxil olmuşdur. Karate üzrə Azərbaycan milli yığma komandası Avropa və dünyada ən güclü komandalardan biridir. Ötən illər ərzində karateçilər dəfələrlə beynəlxalq turnirlərdə, Avropa və Dünya çempionatlarında iştirak etmişlər. Hazırda milli yığma komanda tərkibində dəfələrlə Dünya və Avropa çempionları var. Karateçilər Amal Atayev Aynur Məmmədova Aytən Yusifqızı Cəmilə Məmmədova Cavid Əsgərov Elvin Eyvazov Elçin Məmmədov Famil Səfiyev Fəridə Abıyeva İsrafil Şirinov İlahə Qasımova Namiq Məmmədzadə Niyazi Əliyev Nərgiz Mehdiyeva Məhəmməd Quliyev Rafael Ağayev Rəşad Hüseynov Rüstəm Mədətov Ramin Əvəzzadə Seymur Binnətəliyev Şahin Atamov Taleh Babayev Pərviz İsmayılov Pərviz Əbdülkərimov
|