Baş səhifə
» İDMAN
» Avarçəkmə
AvarçəkməYarışda Azərbaycanı avarçəkmənin 13 növündən 5-ində 12 idmançı təmsil etmişdir. Onların arasında Yevgeni Əmir Şah, Tamerlan Kusov, Gedalio Sadıxoğlu, Vladislav Şvetsov kimi avarçəkənlər də olmuşdur. 1964-cü ildə Mingəçevir şəhərində "Kür” avarçəkmə hazırlığı üzrə Olimpiya Mərkəzinin istifadəyə verilməsi Azərbaycanda avarçəkmənin inkişafına böyük təkan vermişdir. Keçmiş SSRİ-nin akademik avarçəkmə üzrə yığma komandası məhz bu bazada hazırlıq keçmişdir. 1970-ci ildən etibarən "Mingəçevir reqatası” ümumittifaq statusu almışdır. Amma bu turnirə təkcə keçmiş SSRİ-nin avarçəkənləri qatılmamışlar. Müxtəlif illərdə Bolqarıstan, Çexoslovakiya, hətta Kuba təmsilçiləri də "Mingəçevir reqatası”nda qüvvələrini sınamışlar. 2006-cı ildə Mingəçevir reqatasında yenidənqurma və bərpa işlərinin aparılmasına qərar verilmişdir və Gənclər və İdman Nazirliyi tərəfindən tikinti işləri aparılmışdır. 2006-cı il dekabrın 9-da Azərbaycan Milli Avarçəkmə Federasiyası (AMAF) təsis olunmuşdur. Avarçəkənlər: Aleksandr Aleksandrov Aleksandr Jdanov Cavid Əfəndiyev İskra Angelova Kamal Məmmədov Maksim Prokopenko Sergey Bezuqlıy Teymur Kutseba Toni Boteva Valentin Demyanenko Viktoriya Çepikava
|