Baş səhifə
» MUSİQİ
» Musiqiçilər
» İfaçılar
İfaçılarAzərbaycanda ifaçılıq sənəti haqqında Azərbaycan musiqi mədəniyyətinin maraqlı sahələrindən biri də ifaçılıq (sazəndəlik) sənətidir. Xalq musiqisinin qədim və zəngin ənənələri üzərində qurulmuş ifaçılıq sənətinin tarixi əhəmiyyəti çox böyükdür. Tarixi abidələr üzərində həkk olunmuş rəsmlərdən, miniatürlərdən və digər qədim mənbələrdən aydın olur ki, ifaçılıq sənəti bütün dövrlərdə sevimli və sayğılı sənət sahəsi olmuşdur. Xalqımızın qədim mədəniyyət abidəsi sayılan "Kitabi-Dədə Qorqud" dastanında qopuz ifaçılığı müqəddəs və şərəfli sənət nümunəsi kimi təqdim edilir. Klassik şairlərimiz əsərlərində məşhur ifaçılar barədə məlumat verərək, onları böyük məhəbbətlə təsvir etmişlər. İfaçılıq sənəti tarixən inkişaf etmiş, texniki, bədii baxımdan təkmilləşərək müasirləşmişdir. XIX əsrin ikinci yarısından başlayaraq Bakı, Şamaxı və Qarabağda keçirilən musiqi məclisləri xanəndəliklə yanaşı, sazəndəlik sənətini də yeni inkişaf mərhələsinə qaldırmış və bir çox məşhur ifaçıların yetişməsinə səbəb olmuşdur. Bunlardan XIX-XX əsrlərdə fəaliyyət göstərmiş Mirzə Sadıq Əsədoğlunu, Məşədi Cəmil Əmirovu, Bəhram Mənsurovu, Əhməd Bakıxanovu, Qurban Pirimovu, Mənsur Mənsurovu və ifaçılıq sənətinin parlaq nümayəndələri olan bir çox başqa sənətkarları nümunə göstərmək olar. XX əsrin ikinci yarısında xüsusilə tar və kamança ifaçılığı daha yüksək inkişaf mərhələsinə qədəm qoymuş Əhsən Dadaşov, Baba Salahov, Hacı Məmmədov, Həbib Bayramov, Ramiz Quliyev, Möhlət Müslümov, Ağasəlim Abdullayev, Habil Əliyev, Şəfiqə Eyvazova, Munis Şərifov, Fəxrəddin Dadaşov və bir çox peşəkar ifaçılar bu alətlərin çalğı texnikasını, ifaçılıq imkanlarını daha yüksək səviyyəyə qaldırmışlar. Tar ifaçıları Ağasəlim Sahib oğlu Abdullayev (1950) Adil Kamil oğlu Bağırov (1937) Allahyar Aslan oğlu Cavanşirov (1907-1972) Bəhram Məşədi Süleymanbəy oğlu Mansurov (1911 -1985) Ceyran Əsəd qızı Haşımova (1934) Əhmədxan Məmmədrza oğlu Bakılxanov (1892 -1973) Əhsən Əliabbas oğlu Dadaşov (1924-1976) Əliağa Eyvaz oğlu Quliyev (1917 - 1998) Firudin Yusif oğlu Ələkbərov (1922) Firuz Əliabbas oğlu Əliyev (1950) Həbib Əbdülhüseyn oğlu Bayramov (1926-1994) Hacı Məmməd oğlu Məmmədov (1920 - 1981) Kamil Əlisəftər oğlu Əhmədov (1920-1996) Məmmədxan Məmmədrza oğlu Bakıxanov (1890-1957) Məcnun Təbriz oğlu Kərimov (1945) Mirzə Sadıq Əsəd oğlu Sadıqcan (1846 – 1902) Mirzə Fərəc Rza oğlu Rzayev (1847 - 1927) Məşədi Zeynal Haqverdiyev (1861 – 1918) Mirzə Mansur Məşədi Məlik oğlu Mansurov (1887 - 1967) Məmmədağa Məmmədhəsən oğlu Muradov (1921 – 1969) Möhlət Xanəli oğlu Müslümov (1954) Nazim Kazım oğlu Kazımov (1950) Nəriman Bahadır oğlu Mehralıyev (1916 - 1983) Sərvər Rza oğlu İbrahimov (1930 - 2002) Şirin Məşədi Hüseyn oğlu Axundov (1878-1927) Oqtay Süleyman oğlu Quliyev (1938) Qurban Baxşəli oğlu Primov (1880 - 1965) Ramiz Əyyub oğlu Quliyev (1947) Vaqif Əçmir oğlu Əbdülqasımov (1942) Zamiq Balarza oğlu Əliyev (1950) Kamança ifaçıları Elman Kərim oğlu Bədəlov (1929-1991) Eyvazova Şəfiqə Alxas qızı (1947) Ədalət Səfərəli oğlu Vəzirov (1951-2002) Fəxrəddin əlisahib oğlu Dadaşov (1950) Habil Mustafa oğlu Əliyev (1927). Qılman Balaməmməd oğlu Salahov (1906 - 1974) Rafiq Hüseyn oğlu İmrani (1951) Qarmon ifaçıları Aftandil İsrafilov (1941) Əhəd Kor (Əliyev Əhəd Fərzəli oğlu; 1887 - 1942) Ələkbər Cavad oğlu Nəzərli (1882 -1951) Lətif Hüseyn oğlu Kərbəlayi (1876 -1944) Səfərəli Ağarza oğlu Vəzirov (1929 - 1982) Teyyub Hacı Məmməd oğlu Dəmirov (1908-1970) Piano ifaçıları Fərhad Şəmsi oğlu Bədəlbəyli (1947) Xədicə Osman qızı Qayıbova (1893 – 1938) Rafiq Fərzi oğlu Babayev (1936-1994) Rüxsarə Hadi qızı Mirzəbəyova (1909 - 1977) Zaur Süleyman oğlu Əliyev (1937) Nəfəs alətləri ifaçısı Bəhruz Mahmud oğlu Zeynalov (1926- 1998) Kamil Cəlil oğlu Cəlilov (1938) Mehdi Cavad oğlu Nəzərli (1892 - 1952) Nadir Əbdüləhəd oğlu Axundov (1917-1960)
|