Baş səhifə    » COĞRAFİYA    » Qoruqlar    » Göy-göl Dövlət Təbiət Qoruğu   

Göy-göl Dövlət Təbiət Qoruğu

  

Göy-Göl dövlət təbiət qoruğu Azərbaycanda yaranan ilk qoruqdur. 1925-ci ildə yaradılan bu qoruq Qafqazın şimal–şərq yamaclarında Göygöl rayonunun ərazisində yerləşmişdir.
Qoruğun yaranmasında əsas məqsəd Kiçik Qafqaz silsiləsinin şimal ətəklərinin suvalar qurşaqlarında təbiət komplekslərinin qorunub saxlanılmasıdır.
Göygöl qoruğunun ərazisi dərin vadilər vasitəsilə bir çox tərkib hissələrə ayrılmışdır. Həmin vadilərdə kiçik, iti çaylaraxır. 10-a yaxın göllər mövcuddur. Meşəlikdə qonur dağ - meşə, çəmənlikdə dağ – çəmən torpaqları mövcuddur. İqlim əsas soyuq ,qışı quru olur. Floranın tərkibini 420 növ bitki, o cümlədən 76 növ ağac və kolluqlardır. 1100 – 2200 m hündürlükdə yarpaqlı ağaclar: şərq fısdığı, şərq palıdı, vələs ağacları mövcuddur. Göygöl gölünün ətrafında şam, vələs, palıd, küknar, quşarmudu, itburnu, yemişan, alça, gərməşov var. Qoruqda 30 növ məməlilər, 6 növ sürünənlər, 3 növ amfibiyalar, 1 növ balıq, 46 növ quşlar var. Cüyürə, Qafqaz maralına, Şərqi – Qafqaz dağ keçisinə, qonur ayıya, susamuruna, kiçik dələyə və başqa heyvanlara rast olunur. Quşlardan toğlu götürən quş, keçəl kərkəsi, kəklik və başqaları mövcuddur. Elləroğlu dağ silsiləsində (hünd. 710 m) «Eldar şamı» qoruğunun filialı var. Palıdı torpağa malik olan bu dik yamaclarda (sahəsi 392 ha - dır) Eldar şamı meşəliyi yerləşir. Bundan başqa,həmin sahədə seyrək şam meşəliyi, eldar şamı, eldar armudu, ardıc kolu, cır moruq, zoğal ağacları da var. Ağaclardan – eldar şamı, adi nar, qarmaq şəkilli şam, heyvanlardan – Zaqafqaziya qonur ayısı, faunadan – adi quru qurbağası, çay və göl alabalıqları Qırmızı kitaba salınmışlar.
Bu qoruq bir neçə dəfə (1950,1961-ci illərdə) ləğv edilmiş, statusu dəyişdirilmiş və 1965-ci ildə üçünci dəfə təşkil edilmişdir. Onun ərazisi iki hissədən : Göy-Göl dövlət təbiət qoruğundan və onun «Eldar şamı»filialından ibarətdir.



Oxunub: 89616