Baş səhifə
» COĞRAFİYA
» Qoruqlar
» Şahbuz Dövlət Təbiət Qoruğu
Şahbuz Dövlət Təbiət QoruğuŞahbuz Dövlət Təbiət Qoruğu (ŞDTQ) Naxçıvan Muxtar Respublikasında (NMR)16 iyul 2003-cü ildə yaradılmışdır. Şahbuz Dövlət Təbiət Qoruğunun (ŞDTQ) ərazisində relyefin, bitki və torpaq örtüyünün müxtəlifliyi burada bir sıra təbii landşaft sahələrini ayırmağa imkan verir. Ərazinin 85%-i palıd, 5%-i ardıc, ağır iyli ardıc, Araz palıdı, 7%-i yemişan, qalan 3%-i isə alma, alça, şərq palıdı, vən, daş armud, acı badam və müxtəlif kollar təşkil edir. Qoruğun ərazisində çoxlu bəzək bitkiləri də mövcuddur. Bunlardan aran yerlərində bitən qəşəng, müxtəlif rəngli və ətirli endemik süsən növləri, dağlarda yayılmış şərq laləsi, ətirli yabanı qərənfil növləri, dağ lalələri, səhlab, paradoksal süsən və başqalarına rast gəlmək mümkündür. Ərazi həm də dərman bitkiləri ilə zəngindir. Naxçıvan Muxtar Respublikasının(NMR) relyefi və fiziki-coğrafi xüsusiyyətləri qoruğun müasir faunasının formalaşması üçün mühüm rol oynamışdır. Belə ki, Azərbaycan Respublikasında qeydə alınmış 366 quş növünün yarıdan çoxu - 217-si Naxçıvan Muxtar Respublikası (NMR) ərazisində məskunlaşmışdır. Bu quşlardan Şahbuz Dövlət Təbiət Qoruğunun (ŞDTQ) ərazisində Avropa Tüvüyü, kəklik, oxuyan silvi, adi kəklik, sarıköynək, bülbül, enliquyruq bülbül, meşə xoruzu, hop-hop və başqaları məskunlaşmışdır. Muxtar Respublika ərazisində məskunlaşmış quş növlərindən 15-i «Qırmızı Kitab»a daxil edilmişdir. Naxçıvan Muxtar Respublikasında (NMR) 12 növ yırtıcı heyvan yayılmışdır. Bu heyvanlardan- Qafqaz qonur ayısı, canavar, tülkü, çöl pişiyi, meşə siçanı, porsuq, çöl donuzu, vaşaq və bir çox heyvanlara qoruğun ərazisində rast gəlinir. Ərazidə gəmirici məməlilərə də təsadüf olunur. Bunlardan meşə sülsəni, kiçik ərəb dovşanı, siçovullar və siçanların bir neçə növünə rast gəlinir. Naxçıvan Muxtar Respublikada (NMR) yayılan 350 növ onurğalı heyvanlardan 45 növü Muxtar Respublikanın «Qırmızı Kitab»ına düşmüşdür.
|