Baş səhifə
» COĞRAFİYA
» Qoruqlar
» Zaqatala Dövlət Təbiət Qoruğu
Zaqatala Dövlət Təbiət QoruğuZaqatala Dövlət Təbiət Qoruğu (ZDTQ) respublikamızın ən qədim qoruqlarından biridir. Qoruq 1929-cu ildə Zaqatala və Balakən inzibati rayonlarının ərazisində təşkil edilmişdir. Qoruq Gürcüstan Respublikası ilə həmsərhəddir. Qoruqda 1000-dən artıq bitki növünə təsadüf edilir. Əsas meşə təşkil edən növlərdən fısdıq, palıd, vələs, cökə, göyrüş, şabalıd, qoz, qaraçöhrə, qarmaqvari şam və s. göstərmək olar. Burada 32 növ məməli, 89 növ köçəri və oturaq quşlar yaşayır. Qoruqda 4500-dən çox Şərqi Qafqaz təkəsi, 1000 baş maral, 700 baş qarapaça və 2000-ə yaxın çöl donuzu vardır.
|