Baş səhifə    » COĞRAFİYA    » Qoruqlar    » Qaragöl Dövlət Təbiət Qoruğu   

Qaragöl Dövlət Təbiət Qoruğu

  

Qaragöl Dövlət Təbiət Qoruğu (QDTQ) 17 oktyabr 1987-ci il tarixində Azərbaycan və Ermənistan Respubikalarının direktiv orqanlarının qərarı ilə yaradılmış və respublikalararası dövlət qoruğu elan edilmişdir. Ərazisi 240 hektardır. 
Qoruq Qarabağ Vulkanik yaylasının yaylasının cənub hissəsində böyük İşıqlı dağının (3552m) yamacında 2650-2700 m hündürlükdə yerləşir.
Gölün ekoloji şəraiti və suyunun müəyyən xüsusiyyətləri burada canlı aləmin çox azlığına səbəb olmuşdur. Bununla bərabər gölün suyunda zooplanktonlara, dibində isə yanüzənlərə (qammaruslar) rast gəlinir.
İşıqlı Qaragöl və onun ətraf ərazisi tarixən Azərbaycan torpağı olmuşdur. Lakin mənfur qonşularımız olan ermənilər onu ələ keçirmişlər. Hal-hazırda Qaragöl qoruğunun işğal altında olması ilə əlaqədar hər iki respublika arasında yaranmış hazırki siyasi və milli münaqişə qoruğun aqibətinə mənfi təsir göstərir.






Oxunub: 87292