Baş səhifə    » COĞRAFİYA    » Qoruqlar    » Dövlət qoruqları haqqında   

Dövlət qoruqları haqqında

  

Qoruq - mövcüd təbiət komplekslərini qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət əraziləridir. Qoruqlar elm, mədəniyyət və təsərrüfat üçün müstəsna əhəmiyyəti olan, dövlət tərəfindən mühafizə edilən ərazilərdir -akvatoriyalardır.
Qoruqlar təbiətin ən yaxşı mühafizə formalarından biridir. Burada müxtəlif təbii zonaların xarakterik landşaftları, kökü kəsilməkdə olan, yaxud nadir hallarda rast gələn bitki və heyvan növləri, eləcə də aradan çıxmaq təhlükəsinə məruz qalan təbii komplekslər və onların komponentləri, mağaralar, şəlalələr, buzlaqlar və s. qorunur. Qoruqlarda geoloji kəşfiyyat işləri, şumlama, mal-qara otarması, turizm, ov etmək, balıq tutmaq, ağac kəsmək, bitkiləri məhv etmək, ümumiyyətlə təbii sərvətlərdən istifadə etmək və onların təbii halını pozmaq qadağan edilir.
Hal-hazırda Azərbaycanda 15 dövlət təbiət qoruğu fəaliyyət göstərir.
Azərbaycanın ilk qoruğu olan Göy-göl Dövlət Təbiət Qoruğu 1925-ci ildən fəaliyyət göstərir. Bunun ardınca 1929-cu ildə Qızılağac və Zaqatala qoruqları və 1936-cı ildə Hirkan qoruğu təsis edilmişdir. Ümumilikdə 1958-ci ilə qədər 4 qoruq fəaliyyət göstərmişdir. 1958-ci ildən başlayaraq, 1990-cı ilə kimi yeni qoruqlar təşkil edilmişdir. Belə ki, 1990-cı ildə Altıağac Dövlət Təbiət Qoruğu(ADTQ) yaradılmışdır. 2003-cü ildə Naxçıvan Muxtar Respublikasında Şahbuz, 2004-cü ildə isə Eldar şamı, 2007-ci ildə Bakı və Abşeron yarımadasının Palçıq Vulkanları Qrupu, 2008-ci ildə icə Korçay Dövlət Təbiət Qoruğunun əsası qoyulmuşdur. Eyni zamanda 2003-cü ildə Türyançay, Pirqulu, İlisu, Qarayazı, İsmayıllı, 2008-ci ildə isə Zaqatala Dövlət Təbiət Qoruqlarının (ZDTQ) əraziləri genişləndirilmişdir.



Oxunub: 491676